Masallıda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Masallı, 28 avqust, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonunda bədbəxt hadisə nəticəsində 41 yaşlı kişi ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qasımlı kəndində yerləşən fermalardan birində baş verib. Axşam saatlarında 1-ci Yeddioymaq kənd sakini, 1984-cü il təvəllüdlü Rəşad Qədiməli oğlu Əsgərovu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb.
Meyit ərazidən götürülərək, daxil və xarici müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]