MASALLIDA ƏLİLLƏRƏ AVTOMAŞIN, ƏL ARABASI VƏ EŞİTMƏ APARATLARI VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 9-da Masallıda bir qrup müharibə əlilinə “OKA” markalı avtomaşın, əl arabası və eşitmə aparatı təqdim olunmuşdur.
Bu münasibətlə keçirilən mərasimin iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Milli Məclisin deputatları Elmira Axundova, Əhəd Abıyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və əlillərin nümayəndələri çıxış edərək ölkəmizdə, o cümlədən Masallı rayonunda yoxsulluğun azaldılması və əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışlar.
Böyük Vətən müharibəsinin 9, Qarabağ müharibəsinin 2 əlilinə “OKA” markalı avtomaşın, 10 əlilə əl arabası, 10 nəfərə eşitmə aparatı təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [19:29]
Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
- 26.08.2026 [19:19]
Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib
- 26.08.2026 [19:00]
® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır
- 26.08.2026 [18:55]
“Bitcoin”in qiyməti 78 min dollara enib
- 26.08.2026 [17:50]
Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb
- 26.08.2026 [17:42]
“Maliyyəçisən” proqramı çərçivəsində təcrübəçilərlə görüş
- 26.08.2026 [16:39]