Masallıda şəhid ailələri üçün evlər tikilir
Masallı, 6 iyul, İlkin Adıyev, AZƏRTAC
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, xeyriyyəçilər və iş adamlarının dəstəyi ilə rayon ərazisində I Qarabağ müharibəsi şəhidlərinin ailələri üçün evlər tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tüklə kəndində şəhid Xəlilov Zəfər Asəf oğlunun ailəsi, Rüdəkənar kəndində şəhid Qurbanov Arzuman Mirzəli oğlunun ailəsi və Köçəkli kəndində şəhid Yaqubov Ceyhun Sabir oğlunun ailəsi üçün birmərtəbəli kürsülü evlər inşa olunur. Bu evlərdən ikisinin tikintisi artıq tamamlanmaq üzrədir, birinin tikintisinə isə yeni başlanılıb.