Mayın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru tədricən tutulacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaqdır.
Temperatur gecə 11-14° isti, gündüz 21-26° isti olacaqdır.
Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 millimetr 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
səhər və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-14°, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 11-15° isti, gündüz 20-24° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Mayın 4-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, mayın 4-ü axşamdan gözlənilən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.