Mayın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmuesuz keçəcəyi gözlənilir. Lakin səhər və yarımadanın bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 10-15° isti, gündüz 21-23° isti olacaqdır.
Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,
Gədəbəy rayonlarında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-
Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 19-24° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 11-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.