Maykel Şönvayts: Azərbaycan Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək
Bakı, 2 may, AZƏRTAC
“Püşkatma zamanı da Bakıda olmuşdum. Hələ o vaxt şahid oldum ki, Azərbaycan bu yarışa çox ciddi hazırlaşır. Təşkilatçıların işinin öhdəsindən gələcəyinə əminəm. Ölkəniz Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Maykel Şönvayts deyib. 36 yaşlı mütəxəssis bildirib ki, Bakıda keçiriləcək Avropa çempionatında təşkilatçılığın yüksək səviyyədə olacağından əmindir: “Hazırda Bakıda olduğumuz üçün çox şadıq. Qarşıdakı Avropa çempionatı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Əlimizdən gələni edəcəyik ki, burada uğur qazanaq”.
Qeyd edək ki, mayın 5-də start götürəcək Avropa çempionatında Almaniya millisi Avstriya, Ukrayna, Bosniya və Herseqovina yığmaları ilə birgə B qrupunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]