Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN SALINAN YENİ QƏSƏBƏNİN AÇILIŞI

MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN SALINAN YENİ QƏSƏBƏNİN AÇILIŞI

Goranboy, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimi olmuşdur.

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı qəsəbədə məskunlaşan Natiq Bayramovun evində oldu.

PREZİDENT: Necə evdir? Yaxşıdır?

EV SAHİBLƏRİ: Çox sağ olun, çox razıyıq, minnətdarıq.

PREZİDENT: Üçotaqlıdır?

EV SAHİBLƏRİ: Bəli, üçotaqlıdır.

PREZİDENT: 1993-cü ilin aprel ayında Kəlbəcər işğal olunub. Elə o vaxtdan gəlmisiniz bura?

EV SAHİBLƏRİ: Bəli.

PREZİDENT: Amma indi burada gözəl qəsəbə salınıb. İndi bütün yerlərdə çadır şəhərcikləri yoxdur, ləğv edilib. Biz növbəti mərhələdə bütün yararsız evlərdə yaşayan insanları köçürməliyik. Yataqxanalarda, məktəblərdə yaşayanlar vardır. İctimai binalarda, hərbi hissələrin ərazilərində dözülməz şəraitdə yaşayırlar. Ona görə biz çalışırıq və çalışacağıq ki, müvəqqəti də olsa siz normal şəraitdə yaşayasınız. Bu da müvəqqəti bir yaşayış yeridir. İşğaldan azad olunandan sonra Kəlbəcərdə belə gözəl evlər tikəcəyik.

Bu ədalətsizlik davam edə bilməz. Bu beynəlxalq hüququn normalarının pozulması nə vaxta qədər davam edəcək? Biz indi xoş niyyət göstəririk. Biz danışıqlarda iştirak etməklə güzəşt edirik - 15 il ərzində və daha da çox. 15 il sadəcə olaraq müharibə dayanıb. Bu yaxınlarda Bakıda məcburi köçkünlərlə görüşdə də demişəm ki, 1992-ci ildə Minsk qrupu yaradılıb. O da müsbət bir hal idi ki, beynəlxalq birlik bu məsələ ilə əlaqədar mövqeyini bildirdi, Minsk qrupu yaradıldı. Onun üçün ki, torpaqlarımız işğaldan azad edilsin. Bu məqsədlə yaradıldı. Ona görə yaradılmadı ki, əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın.

Ondan əvvəl və ondan sonrakı bütün qərarlarda Azərbaycanın mövqeyi, Azərbaycanın haqq işi öz təsdiqini tapmışdır. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Dünyada Təhlükəsizlik Şurasından üstün heç bir başqa qurum yoxdur. Budur, əgər onun qərarları icra olunmursa, deməli, ya Təhlükəsizlik Şurasının təsiri aşağı səviyyədədir, ya da ki, beynəlxalq hüquq normaları ümumiyyətlə işləmir. Belədirsə, onda hər kəs öz işini bilsin. Əgər beynəlxalq hüquq işləmirsə, biz də işimizi bilək. Biz heç bir qanun pozuntusu etməmişik. Biz hər şeyi qanun çərçivəsində, beynəlxalq hüquq normaları çərçivəsində etməyə çalışırıq. Ondan sonra ATƏT-in zirvə görüşləri olmuşdur, qərarlar qəbul edilmişdir, icra olunmur. Biz nə etməliyik? Gözləməliyik? Nə vaxta qədər? Niyə Azərbaycanın vətəndaşları öz doğma torpaqlarına qayıda bilməsinlər? Niyə kəlbəcərlilər Kəlbəcərə qayıda bilməsinlər? Nədir ki, ermənilər bunu istəmir. Nə üçün? Onların nə ixtiyarı var? Ona görə bilirsiniz, bu məsələlər artıq öz həllini çoxdan tapmalı idi, çoxdan. Sadəcə biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə edək. Amma digər tərəfdən bu vəziyyətlə də barışmaq düzgün deyildir. Nə vaxta qədər barışmalıyıq? Ona görə biz hələ çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək.

Bu yaxınlarda yenə Ermənistan prezidenti ilə görüşüm olacaqdır. Bu görüşlər bəzən uğurlu olur. Bəzən Ermənistan tərəfi vaxt uzatmaqla məşğul olur. Son görüşlər deyə bilərəm ki, heç bir nəticə vermədi. Çünki Ermənistan tərəfi tamamilə qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bunun səbəbi nədir? Ola bilər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi onları bir qədər ruhlandırdı. Onlarda yanlış fikir oyatdı ki, Türkiyə-Ermənistan sərhədi açılacaq, Qarabağ məsələsi isə kənara qoyulacaqdır. Ancaq gedən proseslər onu göstərir ki, bu, baş verməyəcəkdir. Həm Azərbaycanın qətiyyətli mövqeyi, həm Türkiyə ictimaiyyətinin qətiyyətli mövqeyi, həm Türkiyə rəhbərlərinin verdikləri bəyanatlar və bizə verdikləri sözlər - bütün bunlar göstərir ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsi həll olunmadan həll edilə bilməz. Ona görə Ermənistan tərəfi bunu dərk etməlidir.

İndi bax Azərbaycanın hər tərəfində, demək olar ki, hər həftə çox vacib bir hadisə baş verir. Bax dünən 300 milyon avro dəyərində 525 meqavat gücündə yeni, müasir elektrik stansiyası açılıb. Dünən Yevlax-Ucar avtomobil yolu istifadəyə verilib. O da böyük vəsait tələb edir. Bu həftənin əvvəlində Bakıda məcburi köçkünlər üçün böyük vəsait tələb edən doqquzmərtəbəli 6 ev təhvil verilib. Bu gün burada bu qəsəbə açılır. Yəni hər həftə, hər gün Azərbaycanda nə isə uğurlu bir hadisə və inkişaf baş verir.

Amma orada nə var? Heç nə. Yəni iqtisadiyyat, demək olar ki, iflic vəziyyətindədir. Ona görə, bax bu iqtisadi, siyasi, diplomatik uğurlarımız, hərbi potensialın gücləndirilməsi, Azərbaycanda ümumiyyətlə, vətəndaş birliyi, bütün bu amillər bizim mövqelərimizi gücləndirir. Düzdür, amma bizə nəticə lazımdır. Bizə lazımdır ki, onlar torpaqlarımızdan tezliklə öz xoşu ilə çıxsınlar. Onda sülh yaranar. Onda artıq heç kim deməyəcək ki, Azərbaycan niyə öz hərbi potensialını gücləndirir? Bəzən biz bəzi beynəlxalq dairələrdən eşidirik ki, Azərbaycan niyə silahlanır? Kimin nə işi var? Biz başqasının pulu ilə silahlanmırıq ki. Öz pulumuzla, öz imkanlarımız hesabına silahlanırıq. Bəs nə etməliyik? Bu məsələlər elədir ki, gərək biz ciddi fikirləşək və lazım olan addımları lazım olan vaxtda ataq.

Biz elə etməliyik ki, bu məsələ birdəfəlik və hərtərəfli həll olunsun. Çünki indi mən 6 ildir bu danışıqlar prosesində iştirak edirəm. Bu danışıqlar prosesində nədən başlamışıq və nəyə gəlmişik. İndi deyə bilərəm ki, Ermənistan tərəfinin razı olduğu ilk variant ondan ibarətdir ki, onlar qoşunlarını ancaq 4 rayondan çıxaracaqlar. O rayonlar ki, çayboyu, dəmir yolunun üstündə yerləşir. Ondan sonra qalan rayonlar da müəyyən olunmamış vaxtadək qalacaq onların təsiri altında, onların sərəncamında. Danışıqlar prosesində birinci mərhələrdə 5 rayon - ondan sonra 6-cı Kəlbəcər, sonra Laçın. Amma bu da hələ məsələnin tam həlli deyildir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtsınlar. Şuşa bizim tarixi şəhərimizdir. Əgər bu olmasa məsələ birdəfəlik həll oluna bilməz. Bir də elə etməliyik ki, əldə ediləcək razılaşmalar elə olsun ki, daha bundan sonra hansısa xoşagəlməz hadisənin başlanması üçün əsas olmasın. Əgər əldə olunacaq razılaşma bizi tam şəkildə qane etməsə, nə vaxtsa bu məsələ istər-istəməz yenidən qalxa, yenidən təhlükə yarana bilər. Mən Ermənistan tərəfinə həmişə deyirəm ki, siz elə edin ki, bu sazişdən biz razı olaq. Çünki biz razı olmasaq, bu gün də olmasa sabah, 10 ildən sonra bu məsələ yenə də qalxacaqdır.

Kim harada yaşayıb orada da yaşasın. Biz öz torpağımızda yaşamışıq, o cümlədən Dağlıq Qarabağın ərazisində, Şuşada və başqa kəndlərdə. Biz oraya qayıtmalıyıq. Ermənilər, məsələn, Xankəndidə - baxmayaraq ki, oraya ancaq 19-cu əsrdə köçüblər - 100 ildən çox yaşayıblar, orada da yaşasınlar. Biz demirik ki, yaşamasınlar. Demirik ki, biz sizi buradan qovaq, etnik təmizləmə siyasəti aparaq, siz çıxın gedin. Demirik. Halbuki dünyanın gözü qarşısında bizə qarşı etnik təmizləmə aparılmışdır. Kim harada yaşayıb orada da yaşamalıdır, ora qayıtmalıdır və beləliklə, ondan sonra sülh yarana bilər. Başqa cür davamlı sülh ola bilməz. Ermənistan bu gün qorxu içində yaşayır. Onların bu qorxu içində yaşaması ona gətirib çıxarır ki, ölkə öz müstəqilliyini təmin edə bilmir. Çünki qorxur. Qorxanda kimdənsə nəsə yardım istəyəcək. Kim kimə müftə yardım verir? Heç kim. Yardım verir, amma əvəzində nəsə götürür. O, nəsə çox önəmlidir.

Düzdür, bizim torpaqlarımız işğal altındadır. Düzdür. Amma Azərbaycanın müstəqilliyi heç kimdə şübhə doğurmur. Biz öz taleyimizin sahibləriyik. Baxmayaraq ki, torpağımızın bir hissəsi hələ ki işğaldadır. Bəzi ölkələr var ki, torpaqları işğal altında deyildir, amma onların taleyi başqalarının əlindədir.

Bir daha sizi təbrik edirəm ki, belə gözəl evə köçmüsünüz. Arzu edirəm ki, siz burada çox yaşamayasınız. Çalışacağam ki, siz tezliklə öz doğma torpağınıza qayıdasınız.

NATİQ BAYRAMOV: Siz idmana çox böyük yer verirsiniz. Biz də idmançı ailəsiyik. Söz veririk ki, bizim uşaq Azərbaycan bayrağını daha da yüksəklərə qaldıracaqdır.

PREZİDENT: Bizim idmançılarımız İrəvanda da Azərbaycan bayrağını qaldırdılar. Azərbaycanın dövlət himnini səsləndirdilər. O vaxt gənclərin orada iştirakı ilə bağlı müxtəlif fikirlər var idi. Bəziləri etiraz edirdi, bəziləri elə fikirdə idi ki, lazım deyildir. Sonra mənə müraciət olundu. Mən dedim ki, getməlidirlər və qələbə qazanmalıdırlar. Belə də oldu. Beş idmançı getdi, beşi də medalla qayıtdı. Biri isə Azərbaycana qızıl medal gətirdi. Azərbaycanın dövlət himni İrəvanda səsləndi. Biz belə övladlar yetişdiririk.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev yeni qəsəbə ilə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, yeni qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcəkdir. Qəsəbə Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncamla təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq salınmışdır. Qəsəbənin tikintisinə bu ilin iyununda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə başlanmışdır. Qısa müddətə tikilmiş qəsəbə üçün 120 hektar ərazi ayrılmışdır. Evlərin ümumi sahəsi isə 30.800, yaşayış sahəsi isə 19.445 kvadratmetrdən çoxdur. Evlərin 89-u bir, 275-i iki, 200-ü üç, 32-si isə dördotaqlıdır. Qəsəbədə bütün zəruri infrastruktur yaradılmışdır. Bura uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar daxildir. Qəsəbədə fərdi elektrik stansiyası tikilmiş, bütün evlər təbii qazla təchiz olunmuşdur.

Dövlətimizin başçısı qəsəbədə Kəlbəcər incəsənət ustalarının və Kəlbəcər aşıqlarının çıxışlarına baxdı.

Prezident İlham Əliyev qəsəbənin baş planı ilə tanış oldu.

Dövlətimizin başçısı qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında da iştirak etdi. Burada şagirdlərin təhsili üçün hər cür şərait yaradılmışdır. Məktəb zəruri avadanlıq və inventarla təchiz olunmuş, bütün siniflər əyani vasitələrlə təmin edilmişdir. Məktəbin idman zalında şagirdlərin fiziki sağlamlığı üçün hər cür şərait yaradılmışdır. Kompyuter sinfində müasir kompyuterlər quraşdırılaraq internetə qoşulmuşdur. Məktəbdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olan Kəlbəcər sakinlərinin xatirəsi əziz tutulur, yetişməkdə olan nəslə onların şücaətindən söhbət açılır.

X X X

Prezident İlham ƏLİYEV məktəblə tanışlıqdan sonra Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edərək dedi:

- Mən bu gün gəlmişəm bu gözəl gündə sizinlə bərabər olum. Gəldim ki, yeni salınmış bu gözəl qəsəbənin istifadəyə verilməsi gününü bir yerdə qeyd edək. Bu, çox əlamətdar hadisədir. 596 ev, gözəl məktəb, tibb məntəqəsi tikilib, yaşayış üçün bütün şərait vardır. Mən çox şadam ki, bu gün gözəl bir gündə sizin həyatınızın yeni mərhələsini bərabər qeyd edirik. Ancaq mən bu gün artıq qeyd etdim ki, bu, müvəqqəti bir yaşayış ərazisidir. Mən arzu edirəm və ümid edirəm ki, tezliklə siz öz doğma torpağınıza qayıdacaqsınız. Ancaq bununla yanaşı, biz çalışırıq ki, məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdıraq. Bu məqsədlə çox böyük tədbirlər görülür, böyük işlər aparılır. Azərbaycan dövləti böyük vəsait xərcləyir ki, soydaşlarımız normal şəraitlə təmin olunsunlar. Bütün çadır şəhərcikləri ləğv edilir, artıq bu, tarixdir. Biz indiki mərhələdə digər yerlərdə, yararsız yerlərdə, ictimai binalarda, məktəblərdə, yataqxanalarda yaşayan soydaşlarımızın yaşayış səviyyəsini yaxşılaşdırmalıyıq.

2004-cü ildə bildiyiniz kimi, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı qəbul edilib və icra olunur. Proqram demək olar ki, tam şəkildə həyata keçirildi və 2007-ci ildə biz Proqrama əlavələr etdik. Bax bugünkü bu gözəl qəsəbə bu əlavələr hesabına yaradıldı. Bu, birinci qəsəbə deyildir. Artıq ölkəmizin müxtəlif yerlərində belə gözəl qəsəbələr tikilibdir. Xüsusilə Ağdam və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində böyük qəsəbələr tikilib. Ağdam və Füzuli rayonlarının əhalisinin demək olar ki, 50 faizdən çoxu artıq o yerlərdə yerləşibdir. Düzdür, onların kəndləri deyildir, amma öz rayonlarının ərazilərində yaşayırlar.

Bakıda böyük işlər görülür. Bu həftənin əvvəlində Bakıda doqquzmərtəbəli altı binanın açılışında iştirak edirdik. Orada da 400-ə yaxın ailə yaxşı şəraitlə təmin edildi. Yəni, Azərbaycan dövləti bu istiqamətdə apardığı işləri davam etdirəcək və ağır vəziyyətdə, pis vəziyyətdə yaşayan insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir. Görülən bütün bu işlər Azərbaycan dövlətinin bir tərəfdən siyasətini, digər tərəfdən imkanlarını göstərir. Siyasət ondan ibarətdir ki, Azərbaycanda hər bir vətəndaş normal yaşasın. Son beş il ərzində məcburi köçkünlər öz yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdırıblar.

Beş il bundan əvvəl köçkünlər arasında yoxsulluğun səviyyəsi 75 faiz idi, bu gün 25 faizdir. 25 faiz də çoxdur. 2008-ci ilin yekunlarına görə ölkə üzrə yoxsulların sayı 13 faiz idi, qaçqınlar, köçkünlər arasında 25 faiz. Azərbaycanda ümumiyyətlə, yoxsul adam olmamalıdır. Bizim istəyimiz ondan ibarətdir ki, yoxsulluq tamamilə aradan qaldırılsın və Azərbaycan dövlətinin sosial siyasəti bu məqsədi güdür. Digər tərəfdən, bu işlərin görülməsi bir daha göstərir ki, Azərbaycan dövlətinin imkanları vardır. İmkanlar olmasaydı, biz bu gözəl qəsəbələri tikə bilməzdik. Biz bunları öz hesabımıza - Azərbaycan dövlət büdcəsinin, Dövlət Neft Fondunun hesabına edirik. Yəni Azərbaycan bu işləri öz hesabına görür. Bu, böyük vəsait tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki insanların yaşayış səviyyəsi yaxşılaşdırılmalıdır. Müharibədən, işğaldan, etnik təmizləmə siyasətindən əziyyət çəkən insanlar dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar.

Növbəti illərdə bu proseslər davam edəcəkdir. Azərbaycanın uğurlu iqtisadi inkişafı, Heydər Əliyevin neft strategiyası bizə bu imkanları yaratdı. Azərbaycan Dövlət Neft Fondu bu missiyanı öz üzərinə götürübdür. Növbəti illərdə yeni qəsəbələrin salınması nəzərdə tutulubdur. Ancaq bu, məsələnin həlli demək deyildir. Məsələnin həlli Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsidir. Bu məqsədə çatmaq üçün biz nə lazımdırsa onu edirik. Həm danışıqlar prosesində gedən işlər, həm iqtisadi imkanlarımızın gücləndirilməsi, ordu quruculuğunda aparılan işlər Azərbaycanı gücləndirir. Biz güclü olmasaq, Dağlıq Qarabağ məsələsini həll edə bilmərik. Çünki beynəlxalq müdaxilələr heç bir nəticə vermir. Əslində, bu müdaxilələr ancaq siyasi xarakter daşıyır. Bu həftənin əvvəlində mən qeyd etdim ki, bəzən başqa yerlərdə, başqa ölkələrdə işğalçı beynəlxalq qüvvələr tərəfindən dərhal yerinə oturdulur. Biz bu hadisələri tarixdən görmüşük. Ancaq Azərbaycan torpaqları işğal altına düşəndə beynəlxalq birlik bu qətiyyəti nümayiş etdirmədi. Ona görə, biz öz gücümüzə arxalanmalıyıq, güclü olmalıyıq ki, məsələni ədalətli, Azərbaycanın milli maraqlarına uyğun və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək. Mən şübhə etmirəm ki, buna nail olacağıq. Biz bütün səylərimizi səfərbər etmişik, həm siyasi müstəvidə, həm beynəlxalq təşkilatlarda, həm iqtisadi sahədə. Biz ordu quruculuğu sahəsində böyük uğurlar əldə etmişik. Bu, yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Artıq danışıqlar prosesində müsbət dəyişikliklər vardır. Ancaq Ermənistan tərəfi son addımı atmalıdır. O da ondan ibarətdir ki, qoşunlarını işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxarmalıdır. Belə olmasa, bölgədə vəziyyət gərginləşə bilər.

Biz 20 ilə yaxındır ki, belə vəziyyətdə yaşayırıq, bununla barışırıq. Ancaq barışa bilmərik. Çünki insanların sosial vəziyyəti çox ağırdır, qəsəbələrin tikilməsi ilə biz o vəziyyəti yüngülləşdiririk, yaxşılaşdırırıq. Ancaq siz istəyirsiniz ki, doğma torpağınıza qayıdasınız, biz də bunu istəyirik. Siz Kəlbəcərdə yaşamalısınız, burada yox. Bura müvəqqəti bir yaşayış yeridir. Ancaq Ermənistan tərəfi bütün beynəlxalq normaları pozaraq bu imkanları vermir və danışıqlar nəticə vermir. Biz nə vaxta qədər bu vəziyyətlə barışmalıyıq.

Bir neçə gündən sonra Ermənistan prezidenti ilə mənim növbəti görüşüm olacaqdır. O görüşə biz öz proqramımız ilə gedirik. O görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcəkdir. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi vardır. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək. Beynəlxalq hüquq normaları bu hüququmuzu tanıyır. Biz sadəcə istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə olmasın. Amma, əgər Ermənistan fikirləşir ki, biz bu danışıqlarda daim iştirak edəcəyik, bu, yanlış bir fikirdir. Biz o vaxta qədər danışıqlarda olacağıq ki, ümidimiz var, məsələ həll olunacaqdır. O vaxta qədər ki, hələ ümidimiz tükənməyib. Amma görsək ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt uzadır və bu məsələni danışıqlar yolu ilə belə əbədiləşdirmək istəyir, o zaman danışıqlara son qoyulacaqdır. Biz görürük ki, başqa yerlərdə 30-40 il heç bir nəticəsiz danışıqlar gedir. Yəni o vəziyyət burada heç vaxt təkrarlanmayacaqdır. Birincisi, Azərbaycan ilə Ermənistan iqtisadi potensial baxımından çox fərqli ölkələrdir. Əgər 10 il, 15 il bundan əvvəl bizim aramızda həm hərbi, həm iqtisadi sahədə demək olar ki, balans var idisə, bu balans artıq çoxdan pozulubdur. Son illər ərzində Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatı ilə müqayisəolunmaz dərəcədə artıb. Ordu quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, bütün amillər - həm beynəlxalq, həm siyasi, həm diplomatik amillər bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatların qərarları, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi bizə belə imkan verir ki, biz öz torpağımızı hərbi yolla işğalçılardan azad edək - öz torpaqlarımızı. Biz başqa ölkələrin ərazi bütövlüyünə müdaxilə etmək istəmirik. Hamı yaxşı bilir ki, indiki Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün bunlar Azərbaycan torpaqlarıdır.

1918-ci ildə İrəvan Ermənistana bağışlandı. O tarixdən 100 il keçməmiş bizə qarşı yeni iddia qaldırılır. Azərbaycan torpaqlarında bir erməni dövləti yaradıldı. İndi ikinci erməni dövlətini yaratmaq istəyirlər. Bu, heç bir məntiqə sığmır, Azərbaycan xalqı, Azərbaycan dövləti heç vaxt buna razı ola bilməz. Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaqdır. Bunu biz də deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik. Ona görə, danışıqlarda Ermənistan ciddi addımlar atmalıdır. Onlar addımlar atmalıdır, biz yox. Biz nəyi güzəştə gedəcəyik?! Nəyi zəbt etmişik ki, güzəştə gedək. Biz heç bir güzəştə getməyəcəyik. Bizim güzəştimiz məsələnin sülh yolu ilə həll edilməsidir, vəssalam.

Onlar addımlar atmalıdırlar, işğal edilmiş torpaqlardan çıxmalıdırlar. Ondan sonra, həm ermənilər, həm də azərbaycanlılar oraya qayıdandan sonra Dağlıq Qarabağa muxtariyyət verilə bilər. Əvvəllər də belə olub, dünyada belə praktika vardır. Müxtəlif ölkələrdə, Avropanın inkişaf etmiş ölkələrində muxtariyyətlər vardır. Biz o təcrübəni burada da tətbiq etməliyik. Bununla da məsələ öz həllini tapar. İşğal edilmiş bütün rayonlar azad olunmalıdır. Bizim soydaşlarımız oraya, ikinci mərhələdə Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar. Ondan sonrakı mərhələdə Dağlıq Qarabağın statusu həll oluna bilər. Amma bu status necə olacaqdır, onu biz deyəcəyik. Bizsiz heç kim onu müəyyən edə bilməz. Biz isə, qeyd etdiyim kimi, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməsinə razı ola bilmərik. Bax, bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Mən bu danışıqlara bu mövqe ilə gedirəm. Bu mövqeyi o vaxta qədər müdafiə edəcəyəm ki, görəcəyəm danışıqlar əhəmiyyətlidir. Əgər danışıqlar sadəcə olaraq, bir imitasiyadır, əgər sadəcə olaraq, görüntü yaratmaq üçündürsə, - bizə belə danışıqlar lazım deyildir. Ermənistana bəlkə də bu lazımdır ki, vaxt uzatsın. Göstərsin ki, bu ölkə danışıqlarda iştirak edir. İndi deyirlər ki, gəlin əməkdaşlıq edək. Bəzi məsələdən xəbərsiz olan beynəlxalq dairələr də bizə deyirlər ki, Ermənistan ilə əməkdaşlıq edin. Niyə Azərbaycan əməkdaşlıq etmək istəmir?! Mən də deyirəm, gəlin biz sizin torpağınızı zəbt edək, ondan sonra əməkdaşlıq edək. Necə əməkdaşlıq ola bilər? Bir ölkə o biri ölkənin torpağını zəbt edib, insanları evsiz-eşiksiz qoyub, etnik təmizləmə siyasəti aparıb, ondan sonra da deyir ki, gəl əməkdaşlıq edək. Bu, mümkün deyildir. Ona görə də biz imitasiya naminə danışıqları aparmayacağıq. Ola bilsin, bəzi beynəlxalq dairələr hesab edir ki, bu məsələ hələ davam etsin, əsas müharibə olmasın.

Bəzilərinə heç maraqlı da deyil ki, bizim insanlarımız hansı vəziyyətdə yaşayır. Özü də bir il yox, iki il yox, 20 ilə yaxın. Necə ola bilər, buna necə dözmək olar? Bəziləri hesab edir ki, qoy, elə dondurulmuş vəziyyətdə qalsın, təki müharibə olmasın. Bu status-kvo bizi qane edə bilməz. Biz onsuz da, necə deyərlər, böyük güzəşt etmişik ki, atəşkəsdən ötən 15 il ərzində sülh danışıqlarına sadiqik. Amma bu, nə vaxta qədər davam edəcəkdir, nə vaxta qədər?! 15 il keçdi. Bir də 15 il gözləyək? Mümkün deyil. Ona görə bir də demək istəyirəm ki, bu bizim mövqeyimizdir. Mən bunu sizin qarşınızda və Azərbaycan xalqının qarşısında deyirəm, məsələ ilə məşğul olan bütün tərəflər də bunu bilsinlər ki, bizim səbrimiz artıq tükənmək üzrədir. Biz öz imkanlarımızdan, öz hüquqi imkanlarımızdan istifadə edəcəyik. Əgər Ermənistan istəyirsə ki, məsələ sülh yolu ilə həll olunsun, tezliklə ciddi addımlar atılmalıdır və Azərbaycan torpaqları işğalçılardan azad olunmalıdır.

Əgər Ermənistanda fikirləşirlər ki, Dağlıq Qarabağ məsələsi kənarda qalacaq və onlar başqa bölgədə başqa məsələləri həll edəcəklər, bu, səhv bir fikirdir. Bu olmayacaqdır. Dağlıq Qarabağ məsələsi bölgənin bir nömrəli məsələsidir. Bu məsələ həll olunmadan heç bir başqa məsələ həll oluna bilməz. Biz buna imkan verməyəcəyik. Azərbaycanın imkanları isə həm bölgədə, həm dünyada artmaqdadır.

Mən istəyirəm bu fikirlərlə siz də tanış olasınız. Bu fikirlər yenilik deyildir. Mən müxtəlif dövrlərdə Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini bildirmişəm. Bu gün sizin qarşısında deyirəm. Əmin ola bilərsiniz ki, mən Azərbaycanın mövqeyini həmişə müdafiə edəcəyəm, Azərbaycanın haqq işini həmişə müdafiə edəcəyəm və biz istədiyimizə nail olacağıq.

Sizi bir daha təbrik edirəm! Sağ olun.

X X X

Kəlbəcər rayonundan olan məcburi köçkün müəllimə Şəbnəm QULİYEVA dövlətimizin başçısına qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirərək dedi:

-Möhtərəm cənab Prezident!

Biz kəlbəcərlilər üçün yeni salınmış qəsəbəyə gəldiyinizə görə öz dərin minnətdarlığımızı bildiririk. Biz 14 ildir fin qəsəbəsində yaşayırıq və çox acınacaqlı bir vəziyyətdə olmuşuq. Ancaq bu günün gələcəyini səbirlə gözləyirdik. Bizdə ümid hissini ulu öndərimiz Heydər Əliyev və Siz yaratmısınız. Sizin Sərəncamınızla bütün çadır düşərgələri ləğv olunaraq yerinə, müasir standartlara uyğun, tam infrastruktura malik qəsəbələr salınmışdır. Bu isə Azərbaycanın yüksək inkişafının nəticəsidir. Ulu öndərimizin apardığı işləri, başladığı siyasəti Siz uğurla davam etdirirsiniz.

Cənab Prezident! Siz xalqını, dövlətini sevən bir Prezidentsiniz. Xalqın sevincli və kədərli günündə daim yanımızdasınız. Bu müqəddəs Qurban bayramı ərəfəsində bizim yanımızda olduğunuza görə və sevincimizi bizimlə bölüşdüyünüzə görə Sizə bir daha minnətdarlığımızı bildiririk və özümüzü çox xoşbəxt hiss edirik.

Cənab Prezident! Dövlətimizin və xalqın mənafeyi naminə gecə-gündüz çətin işlər görürsünüz. Vaxt tapıb görüşümüzə gəldiyinizə görə bir daha çox sağ olun deyirik.

Cənab Prezident! Bu gün Azərbaycan dövləti lider dövlətə çevrilmişdir. Dünya ölkələri diqqətini Azərbaycana yönəldiblər. Azərbaycan bütün böyük dövlətlərlə rəqabət aparır. Hətta düşmənlərimiz, xain ermənilər bizə həsəd hissi keçirirlər.

Cənab Prezident! Bu gün ölkəmizin birinci xanımı Mehriban Əliyeva milli mənəvi sərvətlərimizin qorunmasında çox fəal iş görür. Biz - bütün Azərbaycan qadınları Mehriban xanımla fəxr edirik və ona öz minnətdarlığımızı bildiririk.

Cənab Prezident! Bu müqəddəs Qurban bayramı ərəfəsində edilən dualar, tutulan niyyətlər hasil olur. Bütün Azərbaycan xalqının duaları Sizə kömək olsun.

MƏCBURİ KÖÇKÜNLƏR: Amin!

Cənab Prezidentimiz, bizim də dualarımız odur ki, Siz siyasət meydanında daim qalibsiniz və qalib olacaqsınız.

Cənab Prezident! Ulu öndərimiz 1996-cı ilin aprelində Kəlbəcər sakinləri ilə görüşdə demişdir: “Kəlbəcər öz gözəl keçmişinə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır”. Biz Sizin məqsədyönlü, uzaqgörən, qətiyyətli siyasətiniz nəticəsində torpaqlarımızı düşmən tapdağından sülh yolu ilə alacağıq və zəngin təbii sərvətə malik olan Kəlbəcərimizə, Dədə Şəmşir yurdumuza mütləq qayıdacağıq və sizləri orada qalib sərkərdə kimi qarşılayacağıq.

Cənab Prezidentimiz, bu yaxınlarda məcburi köçkünlər üçün yeni açılan yaşayış kompleksində Sizin çıxışınız bizi bir daha ruhlandırdı. Biz öz doğma yurd-yuvamıza qayıdacağımıza əmin olduq və inamımız gündən-günə artır.

Cənab Prezidentimiz, Kəlbəcər camaatı hər zaman dövlətə sadiq olmuş və bu gün də Sizə sadiqdir. Biz yalnız dövləti və Sizi tanıyırıq. Biz öz doğma torpaqlarımıza Sizin vasitənizlə qayıdacağıq.

Cənab Prezidentimiz, Sizi bu müqəddəs Qurban bayramı münasibətilə ailə üzvlərinizi və eləcə də ilk Qurban bayramını qeyd edəcək nəvələrinizi təbrik edirik. Onlara cansağlığı və böyüyüb Azərbaycanın fəxri övladları olmağı arzulayırıq. Biz Sizi çox sevirik. Biz Sizi dəstəkləyirik, əziz Prezidentimiz İlham Əliyev.

X X X

Prezident İlham ƏLİYEV məcburi köçkünləri qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edərək dedi:

- Sizi qarşıdan gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sağ olun.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır