Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
Mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas keçirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazir Adil Kərimli bildirib ki, attestasiya müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisaslarına uyğun olaraq tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşıyır. Qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil edilən attestasiya prosesi cari il ərzində ölkənin bütün regionlarını əhatə etməklə yekunlaşacaq.
İclasda attestasiya komissiyalarının üzvləri və mədəniyyət xadimləri çıxış edərək prosesin əhəmiyyətini vurğulayıb və attestasiyanın uğurla başa çatacağına əminliklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [15:57]
Dövlət Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anılıb
- 04.02.2026 [14:38]
Nazir müavini: Yeni konsepsiyada mədəniyyətin 6 əsas sahəsi təqdim olunur
- 04.02.2026 [14:36]