MEHRABAD HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Tehrana gəlmişdir.
Dövlətimizin başçısını Tehranın Mehrabad hava limanında İranın energetika naziri Pərviz Fəttah və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Xəzəryanı ölkələrin dövlət bayraqları ilə bəzədilmiş hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev hava limanından Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısının keçiriləcəyi “Sədabad” saray kompleksinə yola düşdü.