Məktəblərdə COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat
Bakı, 14 oktyabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 15 şagirdin, işçi heyətdən 2 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 21 şagird, işçi heyətdən 12 nəfər isə koronavirusa yoluxub. Bir məktəbdə əyani təhsil bərpa olunub. 7 məktəbdə və 3 sinifdə dərslər təhsilin distant formasına keçirilib.
Xatırladaq ki, respublika üzrə 30 məktəbdə və 55 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçid olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]