Məktəblilərə ekoloji materiallar paylanılmışdır
Bakı, 2 may (AZƏRTAC). “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi “Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində Salyan rayon gənclərinin təşəbbüslərinin dəstəklənməsi” layihəsini uğurla davam etdirir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihə üç ay müddətində icra olunacaqdır.
Layihə çərçivəsində ictimai birliyin nəzdində fəaliyyət göstərən ekoloji klubun üzvləri tərəfindən rayondakı A.Səfərov adına şəhər internat məktəbinin şagirdlərinə ətraf mühitin mühafizəsinə dair ətraflı məlumat verilmişdir.
Diskussiya şəraitində keçən tədbirdə iştirakçılara ekoloji maarifləndirici broşürlər paylanılmış, onların sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]