MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNDƏ BİLİK GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Bilik gününə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova təhsil ocağının ənənələrindən söhbət açmış, yeni dərs ili münasibətilə müəllim və tələbələri təbrik etmişdir. O, eyni zamanda, bu il 1060 gəncin universitetin birinci kurs tələbəsi adını qazandığını bildirmiş, onlara uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirildiyini xüsusi vurğulamışlar.
Sonra test imtahanlarında yüksək bal toplamış gənclərə tələbə bileti təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]