Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏN AZƏRBAYCANIN UĞURLARI İLƏ FƏXR EDİRƏM

Bakı, 25 yanvar (AZƏRTAC). M.F.Axundov adına Respublika Milli Kitabxanasında tanınmış jurnalist, Rusiya Federasiyasının ədəbiyyat və incəsənət sahəsində Dövlət mükafatı laureatı, İTAR-TASS informasiya Agentliyi Baş direktorunun birinci müavini, “Hakimiyyət formulu” (“Formula vlasti”) televiziya verilişinin müəllifi və aparıcısı Mixail Qusmanın eyniadlı kitabının təqdimatı olmuşdur.

Milli Kitabxananın məsləhət şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev bütün həyatı Bakı ilə bağlı olan Mixail Qusmanın yaradıcılığı haqqında qısa məlumat vermiş, onu anadan olmasının 60 illiyi və Azərbaycanın yüksək dövlət təltifinə - “Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik etmişdir.

Milli Məclisin deputatı Elmira Axundova müxtəlif dövlətlərin 60 rəhbəri ilə müsahibələr və onlara şərhlər daxil edilmiş kitabı ibrətamiz nəşr kimi səciyyələndirirək bildirmişdir ki, sayca ikinci olan bu adda kitab (birinci kitab 2005-ci ildə çapdan çıxmışdır) lider olmağa kömək edən əsl dərslikdir. Kitabın əsas uğuru təkcə onun qəhrəmanlarının krallar, baş nazirlər və digər dövlət başçıları olması deyil, həm də müəllifin aşkar istedadı ilə bağlıdır. Müsahibə janrı ciddi tədqiqat işi tələb edir. M.Qusmanın müsahibələri bir növ psixoloji portretdir. Onun müsahibinə verdiyi suallar təkrarlanmır, şablondan uzaqdır. Ən başlıcası, müəllif həmişə öz müsahibini “dilləndirməyi” və məhz həmin şəxs üçün hakimiyyətin nə demək olduğunu öyrənməyi bacarır. E.Axundova demişdir: “Bu kitab gözəl dərs vəsaitidir, müəllifinin müsahibə janrında iş təcrübəsini öyrənmək lazımdır”.

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qeyd etmişdir ki, M.Qusmanın “Hakimiyyət formulu” kitabının təqdimatı yenicə başa çatmış Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun yekun mərhələsi olmuşdur. Müəllifin “Dostluq” ordeni ilə təltif edilməsi onun geniş əhatəli və yorulmaz fəaliyyətinə Azərbaycan hökumətinin verdiyi qiymətdir.

Təqdimat mərasimində çıxış edən professor Həsən Quliyev, yazıçı Natiq Rəsulzadə kitabın həm də diplomatlar üçün dərslik ola biləcəyini qeyd etmiş, Bakıda yaxşı tanınan Qusmanlar ailəsi haqqında xatirələrini bölüşmüşlər. Bildirmişdir ki, “Hakimiyyət formulu” kitabının əsas məziyyəti müəllifin qəhrəmanlarının uzun müddət oxucunun yaddaşında qalmasıdır. Qeyd edilmişdir ki, Mixail Qusmanın Rusiyada gördüyü işlər Azərbaycanı daha yaxşı başa düşməyə kömək edir.

Mərasimdə çıxış edən Mixail Qusman onun fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə ürəkdən minnətdarlığını bildirmişdir. M.Qusman demişdir: “Mənim üçün 60-cı ad günümü Vətənim Azərbaycanda qeyd etməkdən böyük xoşbəxtlik yoxdur. Bu tarix Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu ilə eyni vaxta düşmüşdür. Bakı Şərq və Avropa mədəniyyətinin mərkəzidir. Burada müsəlman ənənələri ilə Avropa, rus mədəniyyətinin tarixi qonşuluğu heyrətamiz bir simbioz, bənzərsiz ab-hava yaratmışdır. Buna görə də həmin forumun “Bakı Forumu” adlandırılması və onun hər il keçirilməsi təklifi çox məqsədəuyğun oldu”.

O, öz kitabının qəhrəmanlarından söz açaraq qeyd etmişdir ki, hər bir müsahibədə liderin portretini onun ölkəsinin fonunda göstərməyə çalışmışdır. Mixail Solomonoviç daha sonra demişdir: “Hakimiyyətin zirvəsinə yalnız görkəmli şəxsiyyətlər ucalır. Onların hər biri ilə dialoq qurmağı bacarmaq lazımdır. Mən ümummilli lider Heydər Əliyevlə bir saatdan çox, Prezident İlham Əliyevlə bir neçə saat söhbət etmişəm - mənim onlara deməyə sözüm vardı”.

Televiziya proqramı sayəsində milyonlarla tamaşaçısı 160-dan çox liderin hakimiyyət formulu ilə tanış olmuşdur. Onların hər biri müxtəlif ölkələri və xalqları təmsil edir. Lakin M.Qusmanın fikrincə, bu şəxslərin hamısını birləşdirən cəhət ondan ibarətdir ki, yeni əsrin çağırışlarına məhz onlar cavab verməli olacaqlar və təkcə buna görə onların adı haqlı olaraq dünya tarixinə düşmüşdür.

M.Qusmanın necə işləməsi barədə suala o belə cavab vermişdir: “Jurnalistlər müxtəlif cür olur. Bəzi jurnalistləri cərraha, bəzilərini başqa peşə sahiblərinə bənzətmək olar. Bu mənada məni jurnalist-terapevt adlandırmaq olar: atam terapevtdir, mən də onun oğlu kimi, onun üsulu ilə işləyirəm, yəni insanların qəlbini dinləyirəm”.

Həmyerlimiz Mixail Qusman vidalaşarkən dedi: “Mən buraya, doğma Bakıya gələndə özümü xoşbəxt hiss edirəm. Mənim nəzərimdə Bakı küçələri dünyanın ən gözəl yeridir. Ömrümün çox hissəsini burada yaşamışam, ömür-gün yoldaşımı da burada tapmışam. Azərbaycanın uğurlarına görə fəxr edirəm”.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO