Mer Oleksandr Markuşin: Azərbaycan Prezidenti müharibə dönəmində də İrpen şəhərinə yardım göstərdi
İrpen, 25 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev müharibə dönəmində də İrpen şəhərinə yardım göstərdi.
Bunu AZƏRTAC-a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin deyib.
“Bu ağır günlərdə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan bir daha Ukraynanın dostu olduğunu göstərdi”, - deyə mer əlavə edib.
Oleksandr Markuşin bildirib ki, artıq İrpen şəhərinin əhalisinin 75 faizdən çoxu evlərinə qayıdıb. Şəhərdə, həmçinin məcburi köçkünlər də məskunlaşdırılıb.
“İrpen şəhəri real maliyyə imkanlarına uyğun olaraq yenidən qurulur, biz mühüm infrastrukturu, mənzil-kommunal təsərrüfatını bərpa edirik. Bu proses hələ bir müddət davam edəcək”, - deyə mer vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]