Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, hərracda tələb 23,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.