İQTİSADİYYAT
Mərkəzi Bankda şagirdlər üçün yay məktəbi təşkil olunub
![](/files/galleryphoto/2023/3/1200x630/16944163536280111907_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16944163535444023124_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16944163532868021918_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1694416353358348938_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16944163531653123282_1200x630.jpg)
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən maliyyə maarifləndirməsi tədbirləri çərçivəsində iyulun 4-dən sentyabrın 6-dək “Maliyyə sağlamlığı” adlı növbəti yay məktəbi təşkil olunub. Proqramda Biləsuvar, Gədəbəy, Gəncə, İsmayıllı, Qax, Qəbələ, Naftalan, Naxçıvan, Oğuz, Saatlı, Şirvan, Şəki, Tovuz, Zaqataladan 14-16 yaşlı 30 şagird iştirak edib.
AZƏRTAC xəbər verir ki, yay məktəbi Virtual Təhsil Platformasında (edu.e-cbar.az) “Uşaqlar və pullar”, “Bankçılıq və rəqəmsal ödənişlər” və “Sığortaya giriş” kursları ilə başlayıb. Bu kursları uğurla başa vuran şagirdlərə “Financial Fitness for life” (2011) kitabı əsasında hazırlanmış müxtəlif mövzularda virtual seminarlar keçirilib.
Tədbirin son iki günü Bakıda təşkil edilib. Uşaqlar şəhərin tarixi yerlərində və muzeylərdə olub, Mərkəzi Bankda uğurlu karyera qurmuş insanların tövsiyələrini dinləyiblər.
Yay məktəbinin sonunda iştirakçılara təşviqedici materiallar və sertifikatlar təqdim olunub.