Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin 2018-ci ildə son iclası keçirilib

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 28-də Milli Məclisin 2018-ci il payız sessiyasında son iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasda 52 məsələyə baxılıb.

Əvvəlcə deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında məsələni təsdiq ediblər.

Sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik qəbul edilib.

“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli Qanunun tətbiqi ilə əlaqədar olaraq “Atmosfer havasının mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Yerin təki haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “İcra haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Notariat haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Auditor xidməti haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Elektron ticarət haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Haqsız rəqabət haqqında”, “Xarici investisiyanın qorunması haqqında”, “İcarə haqqında”, “İcbari sığortalar haqqında”, “İxrac nəzarəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Kommersiya sirri haqqında”, “Qrant haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında” və “Nağdsız hesablaşmalar haqqında”, “Patent haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Kredit ittifaqları haqqında”, “Kredit büroları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lotereyalar haqqında”, “İpoteka haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında”, “Sosial sığorta haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tibbi sığorta haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda və Su, İnzibati Xətalar, İnzibati Prosessual, Miqrasiya, Mülki, Mülki Prosessual, Şəhərsalma və Tikinti, Gömrük və Vergi məcəllələrində dəyişiklik edilir. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi Mülki Məcəllənin müddəalarının nəzərə alınması və qanunun tətbiqi təcrübəsində yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq təsdiq olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd edilib ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilmiş bu maddə yüngül və güclü, kəskin və xroniki ağrıların qarşısının alınması üçün istifadə edilir. Dəyişikliyin əsas məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir. Sonra qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

Əli Hüseynli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edib. Bildirilib ki, dəyişikliyə əsasən Qanunun 2.2-ci maddəsində “6 il” sözləri “7 il” sözləri ilə əvəzlənir.

Sənəd səsə qoyularaq qəbul edilib.

“Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişiklikləri şərh edən Əli Hüseynli deyib ki, qanun layihəsinin məqsədi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri dövlət informasiya ehtiyatının tamlığının daha da gücləndirilməsi baxımından həmin sistemdə Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə məlumatların da əks olunmasından ibarətdir. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Əli Hüseynli “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini də təqdim edib. Bildirib ki, təklif olunan dəyişikliyin məqsədi müəlliflik və əlaqəli hüquqların nüsxələrinin qeyri-qanunu hazırlanmasının və yayılmasının qarşısının alınması sahəsində və nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət müvafiq icra hakimiyyəti orqanlarının yaratdığı orqanlar (qurumlar) tərəfindən həyata keçirilməsindən ibarətdir. Sənəd səsvermə yolu ilə qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd edilib ki, “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 29 iyun tarixli Qanunun icrası məqsədi ilə hazırlanıb. Bu qanun layihəsi də deputatlar tərəfindən dəstəklənib.

İclasda, həmçinin “İstehsalat və məişət tullantıları haqqında, "Daşınar əmlakın yüklülüyü haqqında" qanunlarda, İnzibati Xətalar, Mülki Məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Ziyad Səmədzadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edərək deyib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Təklif olunan dəyişikliyə əsasən həmin istisnaya gömrük auditi də əlavə olunur. Bunla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsinə ödənilməsi vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər. Sənəd səsə qoyularaq qəbul edilib.

Deputatlar Gömrük, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrini də nəzərdən keçiriblər. Hər iki sənəd səsvermə yolu ilə təsdiqlənib.

Ziyad Səmədzadə “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, təklif olunan dəyişiklik satınalmalar sahəsində şəffaflığın təmini, müasir informasiya texnologiyalarından istifadə edilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

“Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikləri şərh edən Ziyad Səmədzadə bildirib ki, sənəd mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30 faizini müvafiq nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasına, işçilərinin sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutur. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

İclasda deputatlar “Yol hərəkəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İpoteka haqqında”, “İcra haqqında”, “Tibbi sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Müflisləşmə və iflas haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda və Mülki, Mülki Prosessual, Əmək, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələrini müzakirə ediblər. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Ziyad Səmədzadə “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, "Banklar haqqında”, “Pasportlar haqqında” qanunlarda, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, qanun layihəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Sənəd səsvermə yolu ilə qəbul edilib.

İclasda Milli Məclisin sədrinin müavini Bahar Muradova “Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti”nin mətnini oxuyub. Müraciət təsdiq edilib.

İclasın sonunda Milli Məclisin sədri Oqtay Əsədov 2018-ci il payız sessiyasının sona çatması ilə əlaqədar çıxış edərək deyib:

- Hörmətli deputatlar,

Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Eyni zamanda, biz qanunvericilik ilinə yekun vururuq. Görülmüş işlərə nəzər salsaq, inamla söyləmək olar ki, bu ildə parlament səmərəli fəaliyyət göstərib. Parlamentdə 31 iclas keçirilib, 463 qanun qəbul edilib. Yəni Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam yerinə yetirilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin parlament səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb. Bu il Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyi baxımından çox məhsuldar olub. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində dərindən və çox yüksək səviyyədə iştirak ediblər. İl ərzində 45 ölkəyə 135-dən çox səfər həyata keçirilib. Deputatlarımız Türkiyədə keçirilən prezident və parlament seçkilərində, Rusiyada, Gürcüstanda və Monteneqroda prezident, Latviyada keçirilən parlament seçkilərində müşahidəçi kimi fəal iştirak ediblər.

Bu il 85 xarici dövlətin və 27 beynəlxalq təşkilatın 160-dan çox nümayəndə heyəti, ümumiyyətlə, 2050 deputat və əcnəbi vətəndaş Milli Məclisdə olub.

Beynəlxalq təşkilatların xətti ilə 9 tədbir keçirilib. Əlbəttə, ən möhtəşəm tədbirimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir idi. Bu tədbirdə dünyanın 44 ölkəsindən nümayəndələr iştirak edirdi. Siz hamınız bu tədbirin iştirakçısı oldunuz və bunun nə qədər təntənəli səviyyədə həyata keçirildiyini gördünüz. Eləcə də bu yaxınlarda Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı keçirildi. Bu iclasda da dünyanın 44 ölkəsinin 180 nəfər nümayəndəsi iştirak edib. Milli Məclisin plenar iclas zalında keçirilən həmin konfransın gənc iştirakçıları Azərbaycan haqqında çox yüksək təəssüratlarla vətənlərinə geri döndülər.

Hesab edirəm ki, biz 2018-ci ildə Milli Məclisin iclaslarını çox uğurla başa vurduq. Bayramlar münasibətilə bütün deputat həmkarlarımı ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə xoşbəxtliyi və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin payız sessiyası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq