MİLLİ MƏCLİSİN DEPUTATLARI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN KİYEVDƏKİ ABİDƏSİNİ ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 26-da Ukraynada keçiriləcək parlament seçkilərini izləmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin deputatları Eldar İbrahimov, Qənirə Paşayeva, Səyavuş Novruzov və Fərrux Zeynalov martın 23-də ümummilli liderimiz Heydər Əliyevin Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığındakı bağdakı abidəsini ziyarət edərək, tər çiçəklər qoymuşlar.
Sonra parlament nümayəndə heyətimizin üzvləri səfirliyə gələrək, diplomatlarımızla görüşmüşlər. Səfir Tələt Əliyev Ukraynadakı ictimai-siyasi vəziyyət, siyasi qüvvələrin - blok və partiyaların nisbəti, parlament seçkiləri ərəfəsində onların reytinqi barədə ətraflı məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:52]
Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb
- 14.10.2026 [14:32]
Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub
- 14.10.2026 [14:30]
Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb
- 14.10.2026 [13:40]
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]