Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir ŞƏRH

Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir  ŞƏRH

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü müasir dövlətçiliyimizin formalaşmasında dönüş nöqtəsi, xalqımızın gələcəyini müəyyən edən ən mühüm məqamlardan biridir. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, fədakarlığının və qətiyyətli liderliyinin sayəsində Azərbaycan dövlətçiliyi yenidən qurulub, xalqımız ağır faciələrdən, siyasi böhranlardan və vətəndaş qarşıdurmalarından xilas edilərək sabitlik, inkişaf və tərəqqi yoluna çıxıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.

O xatırladıb ki, 1987-ci ilin oktyabrında Sovet İttifaqının ali siyasi rəhbərliyində təmsil olunan Ulu Öndər Heydər Əliyev M.Qorbaçovun rəhbərliyi ilə aparılan ziddiyyətli və milli maraqları nəzərə almayan siyasətə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən könüllü şəkildə istefa verdi. Bu hadisədən cəmi iki həftə sonra Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi ilə bağlı açıq iddialar səsləndirildi. Ermənipərəst sovet rəhbərliyi və imperiyanın mərkəzi strukturunda əyləşmiş havadarlar bu separatizmi dəstəkləməklə regionda etnik qarşıdurmaya, milli faciələrə zəmin yaratdılar. Ulu Öndər hakimiyyətdə olsaydı, bu cür dağıdıcı proseslərə yol verilməzdi. Onun siyasi uzaqgörənliyi və qətiyyəti erməni millətçilərinə bu cür addımlar atmağa imkan verməzdi.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə yaranmış siyasi idarəsizlik və silahlı dəstələrin özbaşınalığı dövlətçiliyin əsaslarını sarsıtdı. AXC-Müsavat iqtidarının təcrübəsizliyi, dövlət idarəçiliyi sistemindən bixəbərliyi və populist yanaşmaları ölkəni xaosa sürüklədi. Separatçılıq meyilləri baş qaldırdı, vətəndaş qarşıdurmaları baş verdi. Vətəndaş müharibəsi təhlükəsi real səciyyə daşıyırdı. Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi reallaşmaqda idi. Belə bir dövrdə xalqın bütün təbəqələrinin gözü yalnız bir şəxsiyyətə – Ulu Öndər Heydər Əliyevə dikilmişdi. Hətta o dövrün hakimiyyəti olan AXC-Müsavat cütlüyü belə dövlət idarəetməsində aciz qaldıqlarını etiraf edərək Ulu Öndər Heydər Əliyevdən kömək istədilər. Nəticədə 1993-cü il iyunun 9-da xalqın və ölkə rəhbərliyinin dəvəti ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi. Bu, təkcə fiziki qayıdış deyil, həm də milli dövlətçiliyin, xalqın inamının, sabitliyin və gələcəyin qayıdışı idi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə prezident səlahiyyətləri ona verildi. O andan etibarən Azərbaycanda yeni bir dövr başladı – milli qurtuluş və sabit inkişaf mərhələsi. Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Hakimiyyət böhranını aradan qaldırdı, silahlı birləşmələri tərk-silah etdi, separatçılıq cəhdlərinə son qoyuldu və ictimai-siyasi sabitlik bərpa olundu.

Ş.Seyidzadənin sözlərinə görə, Ulu Öndər Heydər Əliyev şəxsi həyatını təhlükəyə ataraq Gəncəyə yollandı və orada baş qaldırmış hərbi qiyamın qarşısını aldı. Bu, onun ölkənin sabitliyi uğrunda necə fədakar mübarizə apardığını bir daha sübut etdi. Azərbaycanı yenidən qurmağa, onu demokratik və hüquqi dövlətə çevirməyə başlayan Ulu Öndər Heydər Əliyev xalqın gələcəyini təmin edəcək bütün zəruri addımları atdı.

1993-2003-cü illərdə Azərbaycanın bütün sahələrində əsaslı islahatlar həyata keçirildi. İlk demokratik parlament seçkiləri təşkil edildi, 1995-ci ildə referendum yolu ilə yeni Konstitusiya qəbul olundu. Qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı, mülki asayiş bərpa edildi, iqtisadiyyat dirçəldildi. “Əsrin müqaviləsi” kimi tarixə düşən neft sazişləri imzalanaraq Azərbaycanın gələcək iqtisadi inkişafının əsası qoyuldu. Ölkəyə xarici sərmayələr cəlb olundu, hüquqi islahatlar həyata keçirildi, ordu quruculuğunda mühüm irəliləyişlər əldə edildi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində vətəndaş həmrəyliyi və sabitlik mühüm yer tuturdu. Onun liderliyi ilə ölkədə milli birliyə nail olundu, insanlar dövlətə və gələcəyə inam qazandı. Ulu Öndər Heydər Əliyev xalqa verdiyi vədə hər zaman sadiq qalaraq Prezident seçildiyi gün andiçmə mərasimində söyləmişdi: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Bu sözlər onun siyasi fəaliyyətinin əsas şüarına çevrilmişdi.

“1992-ci ilin noyabrında Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası (YAP) faktiki olaraq Azərbaycanın müasir siyasi sisteminin bünövrəsini qoydu. Bu partiya yalnız siyasi təşkilat deyil, həm də milli ideologiyanın daşıyıcısı, müasir dövlətçilik platformasının əsas sütunlarından biri oldu. Qısa müddətdə ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrilən YAP Ulu Öndər Heydər Əliyevin ideyalarını yayaraq dövlətçilik prosesinə dərin təsir göstərdi. Ulu Öndər Heydər Əliyevin 1993–2003-cü illərdəki rəhbərliyi Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdi. Azərbaycan müstəqil siyasət yürüdən, dünya birliyində öz yerini tapan, regional və qlobal layihələrin təşəbbüskarı olan dövlətə çevrildi. Bu illərdə başlanan islahatlar və sabitlik müasir dövrün reallıqlarını müəyyənləşdirdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan modernləşən, dinamik inkişaf edən, dünya miqyasında nüfuzu artan dövlətə çevrilmişdir. Dövlətçilik ənənələri qorunmuş, ordu quruculuğu, iqtisadi islahatlar, sosial rifah proqramları ardıcıl şəkildə davam etdirilmişdir. 2020-ci ilin Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə də məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf və güclü ordu strategiyasının bəhrəsidir. Prezident İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək Şuşanı, Qarabağı azad etmiş və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişdir. Bu Qələbə Ulu Öndər Heydər Əliyevin qurduğu möhkəm təməl və müəyyənləşdirdiyi strateji yolun zəfərlə nəticələndiyini sübut edən parlaq tarixi hadisədir”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, bu gün qurtuluş ideyası təkcə tarixlə yox, həm də gələcəyə yönəlik inkişaf proqramı ilə səsləşir. Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, böyük qayıdışın reallaşdırılması, sabit və güclü dövlət quruculuğuna xidmət edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu proseslər Ulu Öndər Heydər Əliyevin siyasi irsinin canlı təcəssümüdür.

“15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir, xalqın öz xilaskar liderinə inamının, Vətənə sevginin, dövlətçiliyin möhkəmlənməsinin simvoludur. Ulu Öndər Heydər Əliyevin adı həm də bu dövlətin sabitliyinin, inkişafının və əbədi müstəqilliyinin rəmzidir. Onun əsasını qoyduğu siyasi kurs bu gün uğurla davam etdirilir və xalqımız bu parlaq yolun davamında daha böyük zəfərlərə inamla addımlayır”, - deyən Ş.Seyidzadə fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır