Mingəçevirlilər Xocalı faciəsi qurbanlarının xatirəsini anmışlar
Mingəçevir, 26 fevral (AZƏRTAC). Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Mingəçevir şəhərində tədbirlər keçirilmişdir.
Fevralın 26-da Mingəçevir sakinləri və məcburi köçkünlər “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidəsini, Şəhidlər xiyabanını ziyarət etmişlər.
Sonra Mingəçevir şəhər İcra hakimiyyətində məcburi köçkünlər və şəhid ailələri ilə görüş keçirilmişdir. Xocalı sakinlərinə ərzaq bağlamaları verilmiş, məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunmuşdur. Şəhərin “Yeni həyat” qəsəbəsində məskunlaşan 95 Xocalı ailəsi və 13 şəhid ailəsi üçün ehsan süfrəsi açılmışdır.
Xatırladaq ki, şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq fevralın 20-dən 26-dək idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil, peşə, ali və orta ixtisas məktəblərində xatirə gecələri, “dəyirmi masalar”, Xocalı hadisələrinin şahidləri ilə görüşlər, inşa və şeir müsabiqələri, idmanın müxtəlif növləri üzrə xatirə turnirləri təşkil edilmişdir.
Muzey və kitabxanalarda Xocalı faciəsinə həsr olunmuş guşələr yaradılmış, foto, rəsm və kitab sərgiləri açılmış, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir. Şəhərin bütün təhsil ocaqlarında faciə ilə bağlı xüsusi dərslər keçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]