MİNSK MİLLİ HAVA LİMANINDA QARŞILANMA
Minsk, 11 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk milli hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim etdilər.
Prezident İlham Əliyevi Belarus Respublikasının Baş naziri Sergey Sidorski və digər rəsmi şəxslər qarşıladılar.
######
