MİSİR MƏTBUATI PREZİDENT HEYDƏR ƏLİYEVİN VƏFATI İLƏ ƏLAQƏDAR YAZILAR DƏRC ETMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Misir Ərəb Respublikasının məşhur və aparıcı “Əl-Əhram” qəzetinin bir neçə nömrəsində, ingilis dilində çıxan “The Egyptian Gazette”də Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar xəbərlər dərc edilmişdir. Misir televiziyası isə xalqımızın ümummilli liderinin dəfn mərasimini göstərmişdir. Bu ölkənin kütləvi informasiya vasitələri Prezident Heydər Əliyevi xalqın məhəbbətini qazanmış, müstəqil Azərbaycan dövlətini qurmuş və onu qoruyub saxlamış şəxsiyyət kimi səciyyələndirmişlər.
Misirin hakim Milli Demokratik Partiyasının baş katibi, informasiya naziri Şəfvat Şərif, milli təhlükəsizlik naziri Ömər Süleyman, xalq və şura məclisləri işləri üzrə dövlət naziri Kamal Şazli və başqaları səfirliyimizə zəng edərək, Misirdə və bütün dünyada böyük hörmət qazanmış Prezident Heydər Əliyevin vəfatı ilə bağlı kədərlərini ifadə etmişlər. Xarici işlər nazirinin müavini doktor Mahmud Kərim səfirliyə gələrək, Misir hökuməti adından başsağlığı vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]