Misirdə koronavirusdan ölənlərin sayı 30 nəfərə çatıb
Qahirə, 28 mart, AZƏRTAC
Misirdə COVID-19 virusundan ölənlərin sayı 30 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed məlumat verib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən 6 nəfər dünyasını dəyişib. Onların arasında 75 yaşlı alman qadın da var.
Nazirliyin rəsmisi əlavə edib ki, martın 27-də ölkədə koronavirusa 41 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 536 nəfərə çatıb. Yeni virus daşıyıcılarından biri ABŞ vətəndaşı, qalanları yerli sakinlərdir. Eyni zamanda, ötən gün 14 xəstə müalicə olunaraq evə buraxılıb. Ümumilikdə, koronavirusdan tam müalicə olunanların sayı 116 nəfərdir.
X.Meqahed əlavə edib ki, xəstələrin təcridi və müalicəsi Dünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə aparılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [14:15]
Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb
- 23.06.2026 [14:08]
Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub
- 23.06.2026 [13:19]
Böyük Britaniyada rekord istilər gözlənilir
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]
Litva hökuməti istefa verib
- [12:26]
Bu saata olan əsas xəbərlər
- [12:00]