Moldova Rusiya səfirliyinin heyətini ixtisar edəcək
Bakı, 26 iyul, AZƏRTAC
Moldovanın hakimiyyət orqanları Rusiya səfirliyinin əməkdaşlarının sayını məhdudlaşdırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku bu barədə hökumətin iclasında çıxışı zamanı deyib.
“Moldovada akkreditə olunan rusiyalı diplomatların sayının məhdudlaşdırılmasının vacibliyi ilə bağlı müvafiq qurumlar və siyasi qərar qəbul edən şəxslərlə ortaq fikrə gəldik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, buna diplomatik missiyanın əməkdaşlarının bir hissəsinin ölkədə sabitliyin pozulmasında iştirakına dair şübhələr səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]