Moldovada Heydər Əliyev adına stadion tikiləcəkdir
Bakı, 18 avqust (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Qaqauziyanın (Moldovanın tərkibində muxtar ərazi qurumu) ikinci böyük şəhəri olan Çadır-Lunqa şəhərində bu ölkənin cənubunda ən iri idman kompleksi tikiləcəkdir. Muxtar qurumun rəhbəri Mixail Formuzal bildirmişdir ki, həmin idman kompleksinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı veriləcəkdir.
16 hektar sahədə yerləşəcək kompleksə 7 min tamaşaçı yeri olan örtülü stadion, üzgüçülük hovuzu, bir neçə idman qurğusu, habelə 200 yerlik müasir mehmanxana daxil olacaqdır.
Kompleksin tikintisi Azərbaycandan olan bir qrup sərmayədar tərəfindən həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]