Moskva vilayətindən Azərbaycana ixrac edilən quş ətinin həcmi artıb
Moskva, 6 sentyabr, AZƏRTAC
Bu ilin 7 ayı ərzində Moskva vilayətindən Azərbaycana ixrac edilən quş ətinin həcmi artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva vilayəti Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi məlumat verib.
Bildirilir ki, bu il Moskva vilayətindən Azərbaycana göndərilən quş ətinin həcmi 56 faiz artıb. Vilayətdən quş əti idxal edən ölkələr arasında ilk yerləri Çin, Belarus və Qazaxıstan tutur. Göstərilən dövr ərzində Özbəkistana quş əti ixracı 122 faiz, Serbiyaya isə 82 faiz artıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]