Moskvada BRICS qrupunun Media Sammiti keçiriləcək
Moskva, 30 avqust, AZƏRTAC
Sentyabrın 14–15-də Moskvada BRICS qrupunun Media Sammiti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS İnformasiya Agentliyi tərəfindən təşkil ediləcək sammitdə BRICS-ın aparıcı media strukturlarının rəhbərləri, eləcə də birliyə qoşulmaq üçün ərizə ilə müraciət etmiş ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.
Dəvət edilən çıxışçılar arasında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, xarici işlər nazirinin müavini Sergey Ryabkov, rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Bella Çerkesova yer alıblar.
Media Sammitinin zəngin proqramı ekspertlər və rəsmi şəxslərin iştirakı ilə çoxqütblü dünyada sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində BRICS media cəmiyyətinin roluna, eləcə də birlik ölkələrinin informasiya sahəsində qarşılıqlı fəaliyyətin texnoloji aspektlərinə həsr olunmuş panel sessiyaları ehtiva edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:43]
Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır
- 11.06.2026 [17:24]
Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?
- 11.06.2026 [16:52]
Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB
- 11.06.2026 [16:16]
Heyvanların identifikasiyası nə üçün vacibdir?
- 11.06.2026 [16:05]