Moskvada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirlər keçiriləcək
Moskva, 25 aprel, AZƏRTAC
Moskvada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 iliyinə həsr edilmiş bir sıra tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, aprelin 26-da keçiriləcək “Heydər Əliyev: SSRİ-nin və Rusiyanın inkişafında onun rolu” mövzusunda mətbuat konfransında Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyov və politoloq Fuad Axundov iştirak edəcəklər.
Aprelin 27-də “Heydər Əliyev: SSRİ-nin və Rusiyanın inkişafında onun rolu” mövzusunda dəyirmi masa təşkil olunacaq. Bu tədbirə dəvət edilmiş ekspertlər arasında Həştərxan vilayət Dumasının deputatı Oleq Şein, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrebtsova, Rusiya Müsəlmanları Ruhani İdarəsinin müftisi Albir Krqanov və başqaları var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva