Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-konfrans keçirilib

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin təşkilati dəstəyi ilə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.Tədbiri ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq bildirib ki, son zamanlar ölkəmizdə süni intellekt (AI) texnologiyalarına xüsusi diqqət ayrılır. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilib. Bu strategiya qarşımızda mühüm vəzifələr qoyur.

Süni intellektin getdikcə yaradıcılıq prosesinə də böyük təsir göstərdiyini deyən C.Mahmudova bildirib ki, ADMİU 2023-cü ildən başlayaraq AI və incəsənət mövzusu ilə bilavasitə maraqlanmağa başlayıb: “Elm və incəsənətin kəsişməsində, AI-nin yaradıcı prosesə olan təsirinin gələcəkdə hansı perspektivlər yaradacağı, yeni paradiqmaların meydana gəlməsi, zənnimcə, olduqca vacib məsələlərdəndir.

AI artıq incəsənət aləminə xeyli təsir göstərir. AI bizə yeni özünüifadə imkanları verir. Bu yaradıcılıq potensiyalını artırmaqla yanaşı, yeni forma və məzmun axtarışlarına da təkan verir. Şübhəsiz olan da budur ki, AI-nin incəsənətə təsiri böyük, maraqlı və daim tədqiqata ehtiyacı olan bir problemdir. Bu problemin həllində biz hamımız - müxtəlif sahələrin alimləri birgə çalışmalıyıq”.

Konfransa təkcə Azərbaycandan deyil, müxtəlif ölkələrdən də alimlərin maraqlı məqalə və məruzələri ilə qatıldığını vurğulayan rektor deyib ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu konfransın əsas məqsədi, mədəniyyət, incəsənət sahəsində, onun ayrı-ayrı istiqamətlərində süni intellekt texnologiyalarının müxtəlif imkanlarından istifadə olunmasını geniş müzakirə etməkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, süni intellekt hər an, hər saniyə cəmiyyətimizin müxtəlif sahələrinə öz təsirini göstərir və öz imkanlarını hər keçən gün bir az da genişləndirir: “Cəmiyyətimizin, insan həyatının elə bir sahəsi yoxdur ki, orada süni intellektin əlamətləri özünü göstərməsin. Bu, dövrümüzün yeni çağırışıdır. Bu istiqamətdə tədbirlər həyata keçirmək hər bir ölkənin və qurumun borcudur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son bir ayda bu istiqamətdə iki mühüm sərəncam imzalayıb. Bu sahəyə ölkə başçısı səviyyəsində diqqət ayrılması Azərbaycanın süni intellektə və onun gələcək inkişafına verdiyi önəmin bariz sübutudur”.

Akademik, eyni zamanda, AMEA-nın süni intellekt texnologiyalarının tətbiqi sahəsində gördüyü işlərdən danışıb və bu sahədə beynəlxalq təcrübəyə böyük önəm verildiyini vurğulayıb.

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev konfransda çıxışı zamanı bildirib ki, süni intellekt texnologiyaları həyatımızın müxtəlif sahələrində geniş tətbiq olunur. İstər rəqəmsal dövlət texnologiyalarında, istər texnoloji proseslərdə geniş istifadə olunur: “Amma ən çətin məsələlərdən biri süni intellekt texnologiyalarının mədəniyyətdə və incəsənətdə tətbiq olunması idi. Kompüter texnologiyalarının incəsənətdə tətbiq edilməsi o qədər də asan məsələ deyildi. Digər sahələrdə riyazi modelləşdirmə, onların əsasında müəyyən sistemlərin qurulması bir qədər asan idi. Mədəniyyət və incəsənət sahələri yaradıcılıq prosesi olduğu üçün, ümumiyyətlə, bu texnologiyanın tətbiqi heç də asan məsələ deyil. Amma son vaxtlar dünya səviyyəsində görürük ki, süni intellekt texnologiyaları, müxtəlif sənət əsərlərinin yaradılmasının müəllifi olur. Bəzən bunun yaxşı tərəfi də olur, pis tərəfi də”.

Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev çıxışında Azərbaycanda texnoloji proseslərin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, artıq universitetlər tədris və tədqiqat proqramlarını müasir texnoloji proseslərə uyğunlaşdırır. Müasir dövrdə infokommunikasiya, süni intellekt, idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlər kimi sahələrin inkişafının önəmindən danışan rektor bildirib ki, bu istiqamətdə universitetlər və institutlar birgə tədqiqatlar aparmalı, yeni modellər ortaya qoymalıdırlar.

Daha sonra süni intellekt vasitəsi ilə generasiya edilmiş videoçarx nümayiş etdirilib.

Plenar iclasda Rusiyadan, Gürcüstandan, Qazaxıstandan, Özbəkistandan, Türkiyədən, Şimali Kiprdən və Azərbaycandan konfransa qatılan alim və tədqiqatçıların məruzələri dinlənilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. “Süni intellekt alətlərinin praktikada tətbiqi nümunələri”, “Süni intellektli gələcəyə baxış” və “Süni intellekt alətlərindən istifadənin sosial-humanitar aspektləri” mövzularına həsr olunmuş bölmələrdə Azərbaycanın müxtəlif universitetlərindən, eləcə də digər ölkələrdən həm əyani, həm də onlayn şəkildə konfransa qatılmış 70-ə yaxın tədqiqatçı süni intellekt texnologiyalarının cəmiyyətimizin ən müxtəlif sahələrinə tətbiqinə dair məruzələri ilə çıxış ediblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADSEA sədri Samux rayonunda vətəndaşların mürciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellekt əsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub