DÜNYA
Murmansk vilayətinin qubernatoruna sui-qəsd olub
Moskva, 5 aprel, AZƏRTAC
Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibisə sui-qəsd olub.
AZƏRTAC xəbər verir ki, qubernator aprelin 4-də axşam saatlarında Apatit şəhərinin sakinləri ilə görüşdən çıxarkən 42 yaşlı yerli sakin Aleksandr Bıdanov ona hücum edərək bıçaqla xəsarət yetirib.
Hadisədən sonra qubernatorun mühafizəçiləri Bıdanovu saxlayarkən onu odlu silahla ayağından yaralayıblar. Andrey Çibis və Aleksanr Bıdanov xəstəxanaya yerləşdirilib.
Qubernator artıq videogörüntü vasitəsilə müraciət edərək vəziyyətinin yaxşı olduğunu bildirib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva