Murmanskda Respublika Günü qeyd olunacaqdır
Bakı, 17 may (AZƏRTAC). Mayın 26-da Murmanskda Ümumrusiya Azərbaycan Konqresi regional bölməsinin və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının fəallarının dəstəyi ilə 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçiriləcəkdir.
Tədbir çərçivəsində “Müasir Azərbaycan” mövzusunda konfrans keçiriləcək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən fotostend təşkil olunacaqdır. XX əsr tarixə təkcə elm və texnologiyalar əsri kimi deyil, həm də milli dirçəliş, milli dövlətlərin yaranması əsri kimi daxil olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdur. AXC müsəlman dünyasında ilk milli dövlət modeli, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olmuşdur.
Tədbir iştirakçılarına Azərbaycana həsr olunmuş kitablar, qəzetlər və jurnallar paylanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]
Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub
- 06.08.2026 [23:38]
Tramp müdafiə nazirindən razılıq edib
- 06.08.2026 [23:23]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
- 06.08.2026 [23:00]
Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır
- 06.08.2026 [22:51]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [22:35]