“Murmanski vestnik” həmvətənimiz haqqında yazmışdır
Bakı, 7 iyun (AZƏRTAC). RF-nin Murmansk vilayəti hökuməti və Duması tərəfindən təsis olunmuş gündəlik “Murmanski vestnik” qəzetində müxbir Yuri Valaminin regionun tanınmış biznesmenlərinə, o cümlədən həmvətənimiz Mübariz Yolçuyevə həsr olunmuş “Sahibkarlıq. Həm uşaqlarını, həm də bizneslərini böyüdürlər” sərlövhəli məqaləsi dərc olunmuşdur.
Məqalədə deyilir ki, ilk dəfə 2001-ci ildə elan olunmuş “İlin sahibkarı” regional müsabiqəsi 10-cu ildönümünü qeyd etmişdir. Severomorskdan olan “Urzu” MMC artıq ikinci ildir “Digər fəaliyyət növləri” qrupu üzrə “Sosial məsuliyyət və xeyriyyəçilik” nominasiyasının qalibi olur. Onun direktoru Mübariz Yolçuyev 1998-ci ildə Şimal donanmasının paytaxtında Qafqaz mətbəxinin yeməkləri təqdim olunan “Urzu” adlı kiçik kafe açmışdır. O vaxt kafenin salonu cəmi 20 nəfər tuturdu. Yenidənqurmadan sonra xudmani görkəm almış kafenin banket salonu 70 adam üçün nəzərdə tutulmuşdur. Yerli sakinlər burada dincəlməyi və şənliklər təşkil etməyi sevirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]