Musiqi məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
Bakı, 15 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, təbdir məktəbin yaxınlığında olan Heydər Əliyev parkında təşkil olunub.
Konsertdə nağaraçalanlar və sazçalanlar ansamblları, qarmon, klarnet və xanəndə ifaçıları iştirak ediblər. Konsert proqramında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqi əsərləri səsləndirilib.