Müstəqilliyin Bərpası Günü münasibətilə əsgər və zabitlərlə görüş keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Qaradağ Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə əsgər və zabitlərlə görüş keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltmək olub.
Sonra incəsənət nümayəndələrinin konserti olub.
Bədii hissədən sonra əsgərlər arasında “Breyn rinq” intellektual oyunu üzrə yarış keçirilib.
Sonda hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabit Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.