NABUKKO QAZ KƏMƏRİNİN İNŞASINA 2010-CU İLDƏ BAŞLANACAQDIR
AZƏRTAC xəbər verir ki, Nabukko qaz kəmərinin inşasına 2010-cu ildə başlanacaqdır.
Bu barədə məlumat verən Konsorsiumun rəhbəri Riçard Mitçek bildirmişdir ki, artıq kəmərlə nəql olunan qazın alınması üçün uzunmüddətli sifarişlər daxil olmuşdur. 50 potensial alıcıdan 20-si İraq, İran və Xəzər regionundan nəql olunacaq mavi yanacağın alınmasında maraqlı olduğunu bildirmişdir. Onların üst-üstə təklif etdiyi həcm 10 milyard kubmetrdən çoxdur.
R.Mitçek qeyd etmişdir ki, 2013-cü ildən başlayaraq Nabukko ilə ildə 8 milyard kubmetr qaz nəql olunacaq, 2018-ci ildə bu rəqəm 31 milyarda çatdırılacaqdır. Dövlətlərarası saziş imzalandıqdan sonra kəmərin inşasına start veriləcəkdir.
Asiyanı Mərkəzi Avropa ilə birləşdirəcək kəmərin çəkilməsinə və infrastrukturun yaradılmasına təqribən 11,6 milyard dollar xərclənəcəyi bildirilir. Bu məbləğin artacağı da istisna edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]