Naftalanda Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub
Naftalan, 14 mart, AZƏRTAC
Naftalan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər polis şöbəsinin rəisi, YAP Naftalan şəhər təşkilatının sədri və digər məsul işçilər Novruz bayramı ərəfəsində Naftalandan olan şəhid ailələrini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri bayram münasibətilə təbrik edilərək, bayram sovqatları təqdim olunub.