Azərbaycan Dövlət İnformasiya Agentliyi

Namizədlərin və iddiaçıların nəzərinə: fəlsəfə doktoru imtahanlarının məzmunu və strukturu

Namizədlərin və iddiaçıların nəzərinə: fəlsəfə doktoru imtahanlarının məzmunu və strukturu

Bakı, 16 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları iyunun 20-də, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı isə iyunun 21-də keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu il qəbul imtahanlarının məzmununda və strukturunda dəyişiklik edilməyib və əvvəlcədən elan edildiyi kimi, 2021-ci ilin iyun ayında keçiriləcək doktorantura səviyyəsinə xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında iştirakçıların danışıq sahəsində bacarıq və vərdişləri yoxlanılmayacaq. İyun ayında keçiriləcək doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin xarici dillər üzrə fəlsəfə doktoru imtahanları əvvəlki qaydada - dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Xarici dil üzrə fəlsəfə doktoru, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanı (yazı bloku istisna olmaqla) qəbul imtahanı ilə eyni strukturda keçiriləcək. Lakin gələcəkdə imtahan verəcək namizədlər və iddiaçılar nəzərə almalıdır ki, xarici dillər üzrə doktoranturaya növbəti qəbul və fəlsəfə doktoru imtahanlarından başlayaraq iştirakçıların xarici dilləri bilmə səviyyəsi qiymətləndirilərkən onların digər dil bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişlərinin də yoxlanılması nəzərdə tutulur. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə növbəti fəlsəfə doktoru imtahanından etibarən onların Azərbaycan dili üzrə digər bacarıq və vərdişləri ilə yanaşı, danışıq sahəsində bacarıq və vərdişləri də yoxlanılacaq.

Xarici dillər üzrə yoxlanılıb-qiymətləndirilməsi nəzərdə tutulan bacarıqları ümumiləşdirilmiş şəkildə diqqətinizə çatdırırıq. Doktoranturaya xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının məqsədi CEFR-in B2 səviyyəsinə uyğun olaraq, aşağıdakı bacarıqları qiymətləndirməkdir.

Dinləyib-anlama üzrə:

Müxtəlif tipli mətnləri dinləyərək anlamaq bacarığı;

Dialoji və monoloji nitq formalarını dinləyib-anlama bacarığı;

Dinləmə mətninin əsas ideyasının tapılması;

Dinləmə mətnində əsas fikirlərin müəyyən edilməsi;

Dinləmə mətnində xüsusi məlumatların tapılması;

Dinləmə mətninə əsasən nəticənin müəyyən edilməsi;

Mətni məntiqi baxımdan tamamlamaq;

Dinləmə mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;

Danışan(lar)ın niyyətinin, məqsədinin müəyyənləşdirilməsi;

Dinlənilən mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının yoxlanılması.

Oxuyub-anlama üzrə:

Müxtəlif tipli mətnləri oxuyaraq anlamaq bacarığı;

Müxtəlif məzmunlu və tipli mətnlərin əsas ideyasının tapılması;

Mətndə əsas fikirlərin müəyyən edilməsi;

Mətndə xüsusi məlumatların tapılması;

Mətnə əsasən nəticənin müəyyən edilməsi;

Mətni məntiqi baxımdan tamamlamaq;

Mətnin hissələri arasında əlaqənin müəyyən edilməsi;

Müəllifin məqsədinin müəyyən edilməsi;

Oxu mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;

Oxunulan mətnin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialının mənimsənilməsinin yoxlanılması.

Qrammatika və lüğət ehtiyatı üzrə:

CEFR-in B2 səviyyəsinə uyğun olaraq, dildən kommunikativ məqsədlə sərbəst istifadə etməyə imkan verən qrammatik minimuma və lüğət ehtiyatına yiyələnmə səviyyəsinin, yoxlanılıb qiymətləndirilməsi.

Məlum olduğu kimi, doktoranturaya qəbul imtahanında namizədlərin CEFR-in B2 səviyyəsinin meyarlarına cavab verən esse yazma bacarığı yoxlanılır.

Xarici dil üzrə fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili imtahanında isə iddiaçılara cədvəl, qrafik, diaqram, sxem və ya xəritə kimi vizual məlumat təqdim edilir və onlardan məlumatları öz sözləri ilə təsvir etmək, ümumiləşdirmək, müqayisə etmək və ya izah etmək tələb olunur. Onlardan vizual məlumatları müqayisə etmək, qanunauyğunluqları müəyyənləşdirmək, obyekti və ya hadisəni təsvir etmək istənilə bilər. İddiaçılar vizual məlumatı və ya hər hansı trendi - iqtisadi göstəriciləri, statistik rəqəmləri və s. izah etməli, müqayisə aparmalı, vizual məlumatı kənara çıxmadan öz sözləri ilə yazılı şəkildə təsvir etməlidirlər.

Məlumat verildiyi kimi, doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında iddiaçıların xarici dilə, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dilinə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün aşağıdakı blokların təqdim edilməsi nəzərdə tutulur:

1.Dinləyib-anlama bloku - mətnlərin sayı 2 ədəd (hər biri üzrə 5 qapalı formalı tapşırıq təqdim edilməklə), mətnlərin həcmi 200-350 söz, mətnlərin tipi - a) 1 monoloq, b) 1 dialoq.

2.Oxuyub-anlama bloku -mətnlərin sayı 2 ədəd (mətnlərin biri üzrə 10, digəri üzrə 5 qapalı formalı tapşırıq təqdim edilməklə), mətnlərin həcmi 250-500 söz, mətnlərin məzmunu və janrı - a) akademik məzmunlu elmi-kütləvi, b) ictimai-informativ, publisistik və digər janrlarda.

3.Dildən istifadə bloku - magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində 15 ədəd qapalı və açıq formalı leksik-qrammatik tapşırıq.

4.Yazı bloku- məlum olduğu kimi, bir tapşırıqdan ibarət olan bu blokda doktoranturaya qəbul olunmaq istəyən namizədlərdən verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və nəticədən (yekundan) təşkil olunan və həcmi 200-250 sözdən ibarət essenin yazılması tələb olunur. Yazı işində namizədlərin özləri haqqında hər hansı məlumat yazması və ya özlərini tanıtmaq üçün hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş namizədlərin yazı işləri „sıfır“ balla qiymətləndirilir. Seçilmiş xarici dildə yazılmayan, seçilmiş mövzudan fərqli mövzuda, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış esselər də “sıfır” balla qiymətləndirilir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanı verən iddiaçılar, həmçinin Azərbaycan dili imtahanı verən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə onlara təqdim olunan vizual məlumatı 200‑250 sözdən ibarət yazıda təsvir və izah etməli, bu zaman akademik lüğət ehtiyatından istifadə etməli, vizual məlumatdan kənara çıxmamalı, konkret olmalı, yazını giriş abzasından, əsas hissədən və yekundan ibarət olmaqla tərtib etməli, yazını tələb olunan həcmdə işləməli, yazı işində özləri haqqında hər hansı məlumat yazmamalı və ya özlərini tanıtmaq üçün hansısa işarə vurmamalıdırlar. Belə hala yol vermiş iddiaçıların, habelə tələb olunan dildə yazılmayan, verilmiş vizual məlumatdan kənara çıxan, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış yazı işləri “sıfır” balla qiymətləndirilir.

Yaxın günlərdə DİM-in internet saytında yazı bloku haqqında ayrıca məlumat veriləcək.

Həm xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı və vizual məlumatın təsviri 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə doktoranturaya xarici dil üzrə qəbul imtahanından azı 25 bal toplamış namizədlər, xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 35 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir