NAQİL OĞRULARI KƏNDİ İŞIQSIZ QOYMUŞLAR
”Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, oğrular 34 dayaq dirəyinə çəkilmiş, ümumi çəkisi təxminən 1 ton olan 7,2 kilometr elektrik naqilini söküb maşına yükləyərək, aradan çıxa bilmişlər. 10 kilovoltluq kabelin oğurlanması nəticəsində 85-dək ev işıqsız qalmışdır.
Şəki Ərazi Elektrik Şəbəkəsinin mütəxəssisləri zəruri bərpa işləri görmüş, elektrik enerjisinin ötürülməsi üçün yeni naqillər çəkmişlər.