NATO-nun baş katibi telefonda Rəcəb Tayyib Ərdoğandan üzr istəyib
İstanbul, 18 noyabr, АZƏRTAC
NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirilən NATO-nun hərbi təlimləri zamanı Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən həqarətə görə üzr istəyib.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, Y. Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng vuraraq baş vermiş xoşagəlməz hadisəyə görə narahatlığını ifadə edib və üzrxahlıq edib.
Y.Stoltenberq Türkiyə dövlət başçısının diqqətinə çatdırıb ki, həmin təlimlərdə hədəf yerinə məlum portretləri yerləşdirən şəxs NATO-nun məsul işçısı deyil. Təlim mərkəzində texniki işlərə baxan həmin hərbçi dərhal vəzifəsindən uzaqlaşdırılıb.
Baş katibi Türkiyəni NATO-nun mühüm tərəfdaşı olduğunu, insidentin Türkiyə-NATO münasibətlərinə zərər gətirməyəcəyinə ümid etdiyini və bir daha belə hadisələrin baş verməməsi üçün ciddi tədbirlər görüldüyünü ifadə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [19:10]
Skott Bessent: ABŞ artıq İran təhdidini idarə etmir, ona son qoyur
- 15.09.2026 [18:19]
Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alınıb
- 15.09.2026 [18:00]
Oman yaxınlığında gəmiyə hücum olub, itkin düşənlər var
- 15.09.2026 [17:33]