Naxçıvan Dövlət Universitetində yeni tədris ilində təhsil haqları artırılmayacaq
Naxçıvan, 15 avqust, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) yeni tədris ilində bakalavr səviyyəsində 80 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ixtisaslarda ödənişli əsaslarla oxuyanların 2025-2026-cı tədris ili üçün illik təhsil haqlarında heç bir artım nəzərdə tutulmayıb. Bu faktı “Abituriyent 4” jurnalının builki və ötənilki nömrələrində olan məlumatlar təsdiqləyir.
NDU ölkənin ali təhsil müəssisələri arasında ən aşağı təhsil haqqı təklif edən universitetlərdən biridir. Belə ki, ən aşağı təhsil haqqı 1000 AZN təşkil edir. Bu məbləğ xarici dil müəllimliyi (fransız dili), xarici dil müəllimliyi (alman dili) və xarici dil müəllimliyi (rus dili) ixtisasları üzrə ödənilir. Ən yüksək illik təhsil haqqı isə tibb ixtisasında müəyyən edilib və 2700 AZN-dir.
Qeyd edək ki, NDU-da ötən tədris ilində tibb ixtisasına qəbul olan bütün tələbələr ödənişsiz əsaslarla təhsil alıb. Baytarlıq təbabəti, torpaqşünaslıq və aqrokimya ixtisaslarında isə təhsil ancaq dövlət sifarişi ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]