Naxçıvana leysan yağıb - faktiki hava
Bakı, 24 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 11:00-a olan məlumatına əsasən, bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Naxçıvan Muxtar Respublikasında yağıntılar leysan xarakterli olub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şərurda 24, Şahbuzda 19, Sədərəkdə 15, Naxçıvanda 8, Lənkəranda 6, Beyləqan, Culfa, Ordubad, Yardımlı, Gədəbəy, Lerik, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astara, Cəlilabad, Kəlbəcər, Zəngilan, Laçın, Füzuli və Daşkəsəndə 4, Bakıda və Abşeron yarımadasında isə 2 millimetrədək olub.
Qərb küləyi əsib, küləyin sürəti Göygöldə saniyədə 23, Daşkəsəndə 18 metrədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26°, Naxçıvan Muxtar Respublikasında 22°, Aran rayonlarında 28°, dağlıq rayonlarda isə 18°-dək isti qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]
NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO
- 30.09.2026 [12:43]
Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
- 30.09.2026 [12:41]