Naxçıvanda deputatların statusu ilə bağlı qanun layihəsi ikinci oxunuşa təqdim edilib
Naxçıvan, 4 mart, AZƏRTAC
Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.
İclasda komitə sədri Əjdər Əliyev bildirib ki, iclasın gündəliyinə ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.
Qanun layihəsinə deputatlar tərəfindən hər hansı təklif olmadığından layihə mövcud redaksiyada Ali Məclisin plenar iclasının ikinci oxunuşda müzakirəsinə təqdim olunub.
Nail Əsgərov - müxbir