Naxçıvanda Heydər Məscidi kompleksi istifadəyə verilib
Bakı, 15 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günündə Naxçıvan şəhərində yerləşən Heydər Məscidi kompleksi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslər, dindarlar iştirak ediblər.
Səlahiyyətli nümayəndə yeni məscidi Prezident İlham Əliyevin xalqımızın dini-mənəvi dəyərlərinə verdiyi qiymətin daha bir ifadəsi kimi dəyərləndirib, dindarları təbrik edib.