Nazir: Gürcüstan regionun inkişafı naminə səylərini artırmağa hazırdır
Tbilisi, 18 noyabr, AZƏRTAC
Gürcüstan regionun sülh yolu ilə inkişafı naminə Sülh Qonşuluq Təşəbbüsü çərçivəsində səylərini artırmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə söyləyib.
Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, görüşdə tərəflər regionda və dünyada təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Söhbət zamanı Gürcüstanın Sülh Qonşuluq Təşəbbüsü çərçivəsində səylərini regionun sülh yolu ilə inkişafına yönəltməyə hazır olduğu xüsusi vurğulanıb.
Görüşdə, həmçinin hərbi sahədə əməkdaşlıq, Avropa İttifaqına üzv olmaq üçün Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının tövsiyəsi və digər məsələlər diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]