Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazpəri Abdulova: Könüllülük fəaliyyəti cəmiyyətin daha şüurlu və fəal üzvü olmağa kömək edir

Nazpəri Abdulova: Könüllülük fəaliyyəti cəmiyyətin daha şüurlu və fəal üzvü olmağa kömək edir

Bakı, 28 avqust, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC azərbaycanlı könüllülərlə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Nazpəri Abdulovadır. O, könüllülük fəaliyyətində və böyük beynəlxalq tədbirlərdə fəal iştirak edir. Nazpəri, həmçinin Medianın İnkişafı Agentliyinin “AzerGold” QSC ilə birgə təşkil etdiyi “Creative – Media Baku” müsabiqəsinin qalibidir. Bundan əlavə, onun könüllülük fəaliyyəti “Yalan məlumatların ifşası. Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən İkinci Şuşa Qlobal Media Forumunda da qiymətləndirilib.

- Nazpəri, könüllülük fəaliyyəti ilə nə vaxtdan məşğulsan?

- Artıq bir ildir. Universitetə daxil olandan könüllülük fəaliyyətinə başlamışam.

- Sizi könüllü olmağa ruhlandıran səbəb nə olub?

- Məni narahat edən sosial və ekoloji problemlərin həllinə həqiqətən təsir edə biləcəyimi dərk etmək, bu, məni ruhlandırdı. Hətta kiçik səylər də müsbət nəticələr verir. Könüllülük fəaliyyətində həmin nəticələri görə bilirsən. Karyerasına könüllülüklə başlayan uğurlu insanların hekayələri də mənə ilham verir. İnanıram ki, bu, faydalı bacarıqlar əldə etməyə və həyatda öz yolunuzu tapmağa kömək edən mühüm mərhələdir.

- Hazırda könüllü olaraq vəzifəniz nədən ibarətdir?

- Mən müxtəlif sosial, ekoloji, təhsil və mədəniyyət layihələrini dəstəkləyirəm, habelə maarifləndirmə üçün cəmiyyəti məlumatlandırır, tədbirlərin planlaşdırılması və təşkilinə köməklik göstərir, iri beynəlxalq tədbirlərdə xarici qonaqlarla işləyirəm və sairə.

- Könüllülük təcrübənizdə ən çox nəyi bəyənirsiniz?

- Ən çox beynəlxalq tədbirlər zamanı xarici qonaqlarla ünsiyyət qurmağı xoşlayıram. Bu, mədəniyyətlərarası ünsiyyəti inkişaf etdirir, dil ehtiyatını zənginləşdirir və dünyaya baxış üfüqlərini genişləndirir. Dövlət rəsmilərinin, parlament rəhbərlərinin, hökumət və nazirliklərin təmsilçilərinin, dini liderlərin, alimlərin, aparıcı beynəlxalq təşkilatların nümayəndələrinin - 100-dən çox ölkədən 700-dən çox iştirakçının iştirakı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusilə xatırlayıram. Bu forumda mən Slovakiya Mədəniyyət Nazirliyinin nümayəndə heyətini müşayiət edirdim. Forum mənə çox şey öyrədən çətin, lakin çox maraqlı təcrübə oldu.

- Şuşa Qlobal Media Forumunda bir könüllü kimi hansı vəzifələri icra etmisiniz?

- Qlobal Media Forumuna hazırlıq işləri tədbirin özündən xeyli əvvəl başlayıb. Biz müsahibələrdən, təlimlərdən keçdik. Xarici dil biliklərinə, təcrübəmizə və öz maraqlarımıza əsaslanaraq, hər birimizə konkret vəzifə tapşırılmışdı. Biz qonaqlara bələdçilik etdik, onlara tədbirin təşkilində və koordinasiyasında, panel müzakirələrinə hazırlaşmaqda köməklik göstərdik. İştirakçılar, həmçinin “Qarabağ əvvəl və sonra” sərgisinə dəvət olunub, onlara bölgənin tarixi haqqında məlumat verilib, tarixi dəyişikliklər nümayiş etdirilib. Bundan əlavə, biz Şuşanın tarixi yerlərində olduq, panel iclaslarında, həmçinin “Böyük Qayıdış: Qarabağ” filminin nümayişində iştirak etdik. Bu forum ilin ən böyük tədbirlərindən biri oldu və mən şadam ki, orada iştirak etmək, əvəzsiz təcrübə qazanmaq imkanım olub.

- Tədbir zamanı könüllülərin gününün necə keçdiyi barədə bizə daha ətraflı danışardınız...

- Hər şey konkret hadisədən asılıdır. Könüllülər hazırlaşmaq üçün adətən tədbirin keçirildiyi məkana erkən gəlirlər. Əvvəlcə qeydiyyatdan keçirik və içəriyə daxil olmaq üçün akkreditasiya nişanları alırıq. Sonra günün planını müzakirə edirik və vəzifələrimizi yerinə yetiririk. Məsələn, forumlarda bəzi könüllülər qonaqları qarşılamaq və onların qeydiyyatdan keçməsinə kömək etmək üçün otellərdə və hava limanında işləyirlər. Digər bir dəstə isə məlumat dəstəyi və akkreditasiyaların yoxlanılmasına cavabdehdir.

- Könüllülük layihəsi çərçivəsində hansı yardımları göstərirsiniz?

- Azərbaycan Medianın İnkişafı Agentliyinin xətti ilə könüllü olaraq autizm mərkəzinə baş çəkdik, burada həmin uşaqların xüsusiyyətləri, autizmin yaranma səbəbləri və simptomları ilə ətraflı tanış olduq, statistikanı öyrəndik və autizm spektri pozğunluğu olan uşaqlarla vaxt keçirdik. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təməli 2014-cü il oktyabrın 9-da qoyulmuş IDEA Heyvanlara Qayğı Mərkəzində və kimsəsiz heyvanlar üçün sığınacaqda olduq. Bizə sığınacağın fəaliyyəti, məqsədləri və missiyaları barədə məlumat verildi, bütün heyvanlar göstərildi. Sonra BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Andersen ilə görüşümüz oldu. İnteraktiv görüş zamanı biz IDEA İctimai Birliyinin müxtəlif ekoloji təşəbbüs və layihələrini müzakirə etdik və xanım Andersenə COP29 ilə bağlı suallar verdik. Həmçinin Bakıda və onun hüdudlarından kənarda dəfələrlə ağacəkmə aksiyaları, müxtəlif təmizlik tədbirləri təşkil olunub. Hazırda ölkədə növbədənkənar parlament seçkilərinə hazırlıq gedir və biz bu seçki prosesində fəal iştirak edirik.

- COP29-da hansı vəzifələri yerinə yetirəcəksiniz? Məsuliyyətləriniz nədən ibarətdir?

- COP29 üzrə ümumi təlim artıq başlayıb, lakin konkret tapşırıqlar hələ verilməyib. Ümumi təlimdə biz BMT-nin fəaliyyətini, davamlı inkişaf məqsədlərini və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı müzakirə etdik.

- Belə böyük beynəlxalq tədbirdə könüllü olmaq üçün motivasiyanız nədir?

- COP29-da könüllülük üçün ən böyük motivasiya qlobal dəyişikliklərə, forumun uğuruna töhfə vermək və peşəkar bacarıqları inkişaf etdirmək imkanıdır. Hesab edirəm ki, belə bir genişmiqyaslı tədbirdə iştirak tarixdə iz qoyur, çünki bu, qlobal iqlim siyasətində mühüm hadisədir. Bununla yanaşı, motivasiya şəxsi təcrübənin inkişafı, diplomatik proseslərin müşahidəsi və karyera yüksəlişi imkanlarıdır.

- Könüllülük həyata və cəmiyyətə münasibətinizi necə dəyişdirdi?

- Könüllülük komandada işləmək bacarıqlarını inkişaf etdirir, ünsiyyət qabiliyyətini təkmilləşdirir, layihələrin təşkilinə və planlaşdırılmasına kömək edir. Ümumiyyətlə, könüllülük sizə cəmiyyətin daha şüurlu və fəal üzvü olmağa kömək edir.

- Gələcəklə bağlı planlarınız barədə danışardınız.

- Başqa ölkələrin mədəniyyətini daha dərindən öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün beynəlxalq könüllülük layihələrində iştirak etməyi planlaşdırıram. Gələcəkdə öz könüllülük layihələrimi həyata keçirmək, habelə yeni könüllülərin yetişdirilməsinə və motivasiyasına kömək etmək istəyirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub