NEFTÇALADA 1176 YERLIK MƏKTƏB ƏSASLI TƏMİRDƏN SONRA ŞAGİRDLƏRİ QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də əsaslı təmirdən sonra Neftçala şəhər 1 nömrəli orta məktəbin açılşı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov iştirakçıları təbrik etmişdir. O demişdir ki, bu gün məktəblərin görkəminin tanınmaz dərəcədə dəyişməsi, kompyuter texnologiyalarının tətbiqi, bütövlükdə, təhsilin inkişafına yol açmaqla cəmiyyətin gələcək qurucularının yetişməsinə əhəmiyyətli təsir göstərir.
Çıxış edən müəllim və şagirdlər öz sevinclərini gizlətməmiş, inşaatçıların əməyini yüksək qiymətləndirmişlər.
Milli Məclisin deputatı Arif Rəhimzadə mərasimdə iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]