“Neftçi” klubu ilk transferini rəsmiləşdirib
Bakı, 28 iyun, AZƏRTAC
Bakının “Neftçi” klubu mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə ikiillik müqavilə bağlanıb.
İyirmi doqquz yaşlı qapıçı 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu “Səbail” olan E.Balayev “Neftçi”dən başqa “Sumqayıt”, “Araz Naxçıvan”, “Ayntraxt” (Frankfurt, Almaniya), “Qarabağ”, “Tobol” (Qazaxıstan), “Zirə” və “Turan” klublarında da çıxış edib.
O, Azərbaycan çempionatının və kubokunun qalibi olub, ölkənin ən yaxşı futbolçusu seçilib. Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]