“NEFTÇİ” KOMANDASI KİYEVDƏ KEÇİRİLƏN BEYNƏLXALQ MİNİ-FUTBOL TURNİRİNİN QALİBİ OLMUŞDUR
Ukraynanın “Sumı” klubu ilə keçirilən final görüşünün əsas vaxtı heç-heçə (2:2) başa çatmışdır. Onbirmetrlik cərimə zərbələri zamanı isə məşqçi Hacı Abdullayevin yetirmələri fərqlənmişlər: 4:3.
Turnirin ən yaxşı qapıçısı Ramin Həsənzadə, ən yaxşı oyunçusu isə Natiq Məmmədkərimov sayılmışdır.
Futbolçularımız Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev ilə birlikdə martın 16-da ümummilli lider Heydər Əliyevin diplomatik nümayəndəliyimizin yanındakı bağda ucaldılmış abidəsi önünə qızılgüllər qoymuşlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]