Neftçilər “Ekologiya ili” çərçivəsində 100 minə yaxın ağac əkilmişlər
Bakı, 1 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Ekologiya ili” çərçivəsində çirkli torpaqların təmizlənməsi işinə töhfəsini vermiş, yüzlərlə hektar sahə təmizlənmişdir.
Şirkətin prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, 2010-cu ildə 100 minə yaxın ağac əkilmiş, böyük “Ekoloji park” salınmışdır. 2011-ci ildən başlayaraq parkda 200 minə yaxın ağac yetişdiriləcəkdir ki, digər ərazilərdə də əkilsin.
“Neft daşları” yatağında, Çilov adasında da ekoloji tədbirlər həyata keçirilir. Artıq Bibiheybət qəsəbəsini ekoloji təmiz yaşıl zonaya çevirmək istiqamətində işlər başa çatmaq üzrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]