“Neftçi”nin baş məşqçisi: Bu gün bəxtimiz gətirdi
Bakı, 3 aprel, AZƏRTAC
Bizi nəyinsə qane etdiyini desək, komandamıza haqsızlıq olar.
AZƏRTAC xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.
Qırx dörd yaşlı mütəxəssis milli komandaların oyunları ilə əlaqədar çətinliklər çəkdiklərini bildirib: "Ötən il də eyni halı yaşamışıq. Millidə çıxış edənlər bizim əsas heyət oyunçularımızdır. Bu, mən başda olmaqla, komandam üçün bəhanə deyil. Bu gün bəxtimiz gətirdi. Meydanda bir komanda var idi. O da "Zirə" idi. Tez toparlanmalıyıq".
Mütəxəssis Eddi İsrafilovun qırmızı vərəqə gördüyü epizoddan danışıb: "Xalların əldən çıxmasında tək günahkar Eddi deyil. Qırmızı vərəqə alması, ondan çox iki oyunçunun etdiyinə görə idi. Bəlkə də qırmızı almağa məcbur qaldı. Ümumiyyətlə, biz bu gün meydanda yox idik".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]